Biznesmen Hadrut uğrunda döyüşən əsgərin avtomobil arzusunu həyata keçirdi - FOTO/VİDEO
11:17 / 24.10.2020
3183
"Novco Group of Companies"- in təsisçisi və direktoru, biznesmen, səyyah, alpinist və bloger Fərid Novruzi xidmətdə olan əsgərin arzusunu həyata keçirib.
Sfera.az xəbər verir ki, Fərid Novruzi Hadrutun azad edilməsində iştirak edən əsgərə onun da arzusuna uyğun olaraq "Mersedes" markalı avtomobil alıb. Biznesmen bunu öz "Facebook" səhifəsində paylaşıb.
"Əziz dostlar, Sözümüz sözdür! Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salim evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin!
Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028-də (Xocavəndin avtomobil seriyasıdır)" ,- deyə o qeyd edib.