Biznes kreditlərinə 130 milyona yaxın zəmanət verilib - Nazir
19:48 / 07.07.2021
1296
Zəmanət subsidiya mexanizmi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin ilk 5 ayı ərzində Elektron Kredit Platforması üzərindən kredit tələbatı 224,1 milyon manat olan 847 müraciət üzrə yeni biznes kreditlərinə 129,7 milyon manat məbləğində dövlət zəmanəti verilib.
Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.