“Bizim şərtlər icra olunmazsa, müharibə qaçılmazdır\" - RƏY

“Bizim şərtlər icra olunmazsa, müharibə qaçılmazdır\
 

"Paşinyanın cavabını ümumi şəkildə İlham Əliyev lazımı qədər verdi”

Bunu "MediaPost”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, dövlət başçısı İlham Əliyevin açıqlamaları çox vacib idi. Çünki Paşinyanın əsassız iddialarına, gülməli ittihamlarına bu formada cavab vermək lazımdır:

"Ermənistan işğalçı dövlətin baş naziri Nikol Paşinyan bu günlərdə Rusiya televiziyasına müsahibə verərkən Azərbaycana qarşı ittihamlar irəli sürdü. Bundan başqa, hökumətin toplantısında mənasız yeddi şərtlə çıxış etdi. Bunların cavabını ümumi şəkildə İlham Əliyev lazımı qədər verdi. Həmin şərtləri rədd etdiyini, iddiaları heç bir formada qəbul etmədiyini, əksinə, Paşinyanın Rusiyadan dəstək gözləməsinin əbəs olduğuna işarə etdi”. 

E.Şahinoğlunun fikrincə, artıq dövlət başçısı qərarını verib ki, bu cür şəxslə danışıqlar aparmaq faydasızdır: "Belə yeddi şərt irəli sürən, "Dağlıq Qarabağ"ın tanınmasını tələb edən biri ilə danışıqlar aparmaq mənasızdır. Azərbaycan bu danışıqlardan faktiki imtina edib. Gələcəkdə bizim şərtlərimiz daha ağır olacaq və bu şərtlər icra olunmazsa, müharibə qaçılmazdır".


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...