“Bizim şərtlər icra olunmazsa, müharibə qaçılmazdır" - RƏY

“Bizim şərtlər icra olunmazsa, müharibə qaçılmazdır
 

"Paşinyanın cavabını ümumi şəkildə İlham Əliyev lazımı qədər verdi”

Bunu "MediaPost”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, dövlət başçısı İlham Əliyevin açıqlamaları çox vacib idi. Çünki Paşinyanın əsassız iddialarına, gülməli ittihamlarına bu formada cavab vermək lazımdır:

"Ermənistan işğalçı dövlətin baş naziri Nikol Paşinyan bu günlərdə Rusiya televiziyasına müsahibə verərkən Azərbaycana qarşı ittihamlar irəli sürdü. Bundan başqa, hökumətin toplantısında mənasız yeddi şərtlə çıxış etdi. Bunların cavabını ümumi şəkildə İlham Əliyev lazımı qədər verdi. Həmin şərtləri rədd etdiyini, iddiaları heç bir formada qəbul etmədiyini, əksinə, Paşinyanın Rusiyadan dəstək gözləməsinin əbəs olduğuna işarə etdi”. 

E.Şahinoğlunun fikrincə, artıq dövlət başçısı qərarını verib ki, bu cür şəxslə danışıqlar aparmaq faydasızdır: "Belə yeddi şərt irəli sürən, "Dağlıq Qarabağ"ın tanınmasını tələb edən biri ilə danışıqlar aparmaq mənasızdır. Azərbaycan bu danışıqlardan faktiki imtina edib. Gələcəkdə bizim şərtlərimiz daha ağır olacaq və bu şərtlər icra olunmazsa, müharibə qaçılmazdır".

OXŞAR XƏBƏRLƏR

Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir

  "Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan Türkiyənin "Aralıq dənizi qalxanı” təlimlərində iştirak edəcək. Azərbaycan Rusiyadan sonra Xəzər dənizin...

“Dövlət şirkətləri büdcəni talamaq üçün növbəyə durub. Cavab verin!” – Deputat "od püskürdü"

  "Dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü...

Nazir 190 manatın nə vaxt veriləcəyini açıqladı

  "Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcə...

Nazir bağlanan iş yerlərinin tezliklə açılacağını elan etdi

  "Yaxın günlərdə iş yerlərinin təkrar fəaliyyətə başlaması nəzərdə tutulur". Sfera.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazir...

Yeni idarəetmə sisteminə keçid özəl sektorun da inkişafına səbəb olacaq - Ekspert

  Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçi...

"760 min insan işsiz qala bilərdi" - İlham Əliyev

 "Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir,...