“Bizi parlamentdə Emin Fazil oğlu Əliyev təmsil etməlidir”: Zəngilan və Qubadlı ağsaqqallarından çağırış

“Bizi parlamentdə Emin Fazil oğlu Əliyev təmsil etməlidir”: Zəngilan və Qubadlı ağsaqqallarından çağırış

2020-ci ilin 9 fevralına təyin olunmuş Milli Məclisə seçkilərdə daha bir potensiallı gəncin 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyinin irəli sürülməsi haqqında təşəbbüs qrupu yaradılmışdır. Təşəbbüs qrupunda təmsil olunan Zəngilanlı və Qubadlılılar tərəfindən imzalanan müraciətdə Ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərində gənc, dinamik, vətəninə və elinə bağlı olan, hər zaman soydaşlarının problemləri və güzaranı ilə yaxından maraqlanan Emin Fazil oğlu Əliyevin namizədliyinin irəli sürülməsini qeyd edirlər.

 

Əziz Zəngilanlılar və Qubadlılılar!

Bildiyiniz kimi, siyasi təqvimimizdə 9 fevral 2020-ci il tarixi dövlətçilik tariximizin mühüm hadisələrindən birinə çevrilmək üzrədir. Öz həyatına, övladlarının və Vətəninin gələcəyinə biganə qalmayan hər kəsin Ölkənin qanunverici hakimiyyətində kimlərin təmsil olunacağına taleyüklü məsələ kimi baxdığına heç bir şübhəmiz yoxdur. Rayonlarımızın işğal edilməsindən sonra Respublikamızın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Zəngilanlılar və Qubadlılılar hər zaman dövlətçilik ənənələrinə sadiq qalmış nümunəvi vətəndaş mövqeyi nümayiş etdirmişdirlər.

 

Son zamanlarda cənab Prezidentin apardığı məqsədyönlü və Azərbaycanın inkişafına yönəlmiş çoxşaxəli islahatları hər birimiz görür və buna dəstək veririk. Bu islahatlarla ayaqlaşmaq məqsədi ilə Milli Məclis də vaxtından əvvəl buraxıldı. Bizə gələcəkdə aparılacaq islahatlar kursunu dəstəkləyən, dinamik, çevik, gənclər və təcrübəli insanların vəhdətindən ibarət olan yeni bir Milli Məclis lazımdır. Sizi əmin edirik ki, bu Milli Məclis Azərbaycan tarixinə düşəcək və aparılan islahatlara verdiyi dəstək illər sonra qədirbilən xalqımız tərəfindən xatırlanacaqdır. Biz Zəngilanlılar və Qubadlılılar da tarixin bizə hədiyyə etdiyi bu şansdan kənarda qalmaq istəmirik və hesab edirik ki, bu seçkilərdə bizi təmsil edəcək bir insana səs verərək öz vəkilimiz etməli və onun vasitəsilə Ölkə rəhbərliyinin apardığı islahatlara və islahatlar nəticəsində meydana gələcək çiçəklənən və daha güclü Azərbaycanımıza dəstək olmalıyıq.

 

Bizim hər birimizi işğal altında qalan el-obamızın həsrəti yandırır. İşğalda olan torpaqlarımızın azadlığı isə güclü Azərbaycandan keçir. Bizim hər birimizə güclü Azərbaycan lazımdır! Məhz güclü Azərbaycan naminə yeni seçiləcək Milli Məclisdə bacarıqlı millət vəkili ilə təmsil olunmalı və islahatlara dəstək olmalıyıq. Bu mənada biz fikirləşirik ki, Zəngilanlılar və Qubadlılıları parlamentdə Emin Fazil oğlu Əliyev kimi müasir, innovativ, dinamik və yorulmaz bir gənc təmsil etməlidir. O, hər birimizin səsi və hər birimizin təmsilçisi olmağa layiqdir və biz, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Emin Fazil oğlu Əliyevin namizədliyini irəli sürməyi məqsədəuyğun hesab edirik!

 

Emin Əliyev doğma Zəngilanımızın sayılıb seçilən ailələrindən birində, hamımızın tanıdığımız və doğmamız İdris Şıxəliyevin ailəsində dünyaya gəlib və hər zaman elinə, obasına bağlı, sədaqətli bir şəxs olub. O, Bakı Dövlət Universiteti Tarix fakültəsinin bakalavr və magistraturasını, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasını bitirmişdir. Bundan başqa Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya və İsraildə idarəetmə sahəsində biliklərini artırmaq üçün beynəlxalq kurs və seminarlarda təhsil almışdır. Emin Əliyev istər təhsil aldığı illərdə, istərsə də sonrakı vaxtlarda xalqımıza qarşı həyata keçirilmiş soyqırım, terror və işğal siyasətinə qarşı mübarizə aparmış, gənc yaşlarında "Erməni Araşdırmaları Mərkəzi”ni təsis etmiş və bu mərkəzə rəhbərlik etmişdir. O, erməni qəsbkarlarının əməlləri barədə müxtəlif tribunalardan dünyaya car cəkmişdir. Bu istiqamətdə bir kitabın və otuzdan çox elmi məqalənin müəllifidir. Emin Əliyev Bakı Dövlət Universiteti və Azərbaycan Turizm və Menecment Universitetində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Rus və ingilis dillərində sərbəst danışan Emin Əliyev müxtəlif dövrlərdə hüquq-mühafizə orqanları, dövlət qurumları, qeyri-hökumət təşkilatları, kommersiya strukturlarında müxtəlif vəzifələrdə çalışarkən, eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən çoxşaxəli zəngin təcrübə qazanmışdır.

 

Azərbaycana sədaqəti, milli-mənəvi dəyərlərə bağlılığı, dinamik, innovativ və ən əsası vətənpərvər gənc olması biz Zəngilanlı və Qubadlılılarda Emin Əliyevə qarşı xüsusi bir rəğbət yaratmışdır. Emin Əliyevin yuxarıda qeyd etdiyimiz zəngin iş və idarəçilik təcrübəsi, siyasi baxışları, iqtisadi və sosial sahədəki aktivliyi bizdə əminlik yaradır ki, o, bizim namizədimiz və vəkilimiz olmağa layiqdir. Biz hesab edirik ki, Emin Əliyev yeni formalaşdırılacaq Milli Məclisdə bizim səsimiz, Azərbaycanın isə ən layiqli millət vəkillərindən biri olaraq Ölkəmizin inkişafına, onun daha çox tanıdılmasına öz töhfəsini verəcəkdir.

Əziz Zəngilanlılar və Qubadlılılar, biz sizlərə səslənirik. Gəlin birlikdə bizim danışan dilimiz, həqiqi nümayəndəmiz ola biləcək, bizi dürüst, səmimi və cəsarətli şəkildə təmsil edəcək Emin Fazil oğlu Əliyevin namizədliyinin irəli sürülməsini dəstəkləyək və öz layiqli namizədimizlə Milli Məclisdə təmsil olunaq!

Zəngilan və Qubadlı rayonunun aşağıda adları çəkilən bir qrup ağsaqqalları, ziyalıları və gəncləri Emin Fazil oğlu Əliyevin 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizədliyinin irəli sürülməsinə təşəbbüs göstərir və bütün həmyerlilərimizi və seçicilərimizi ona dəstək olmağa səsləyirik!


 

s/s

Adı, atasının adı, soyadı

Sosial statusu

Rayon


1.

Muradov Zakir İbrahim oğlu

El ağsaqqalı

Zəngilan

2.

Qurbanov Yadigar Əliş oğlu

İş adamı

Qubadlı

3.

Əhmədova Vəzifə Əli qızı

Təqaüddə olan məmur

Zəngilan

4.

Muradov Pərviz Əprayıl oğlu

Məmur(baş mühasib)

Zəngilan

5.

Camalov Taleh Cəmaləddin oğlu

Dövlət məmuru

Qubadlı

6.

Həsənov Əzizağa Cəlil oğlu

iş adamı

Qubadlı

7.

İbrahimov Elburus Vaqif oğlu

sahibkar

Zəngilan

8.

Quliyeva Mina Babakişi qızı

işsiz

Qubadlı

9.

Həziyev Emin Qasım oğlu

qəssab

Qubadlı

10.

Bayramova Hafizə Soltan qızı

pedaqoq

Zəngilan

11.

Quliyeva Fəridə Qüdrət qızı

pedaqoq

Zəngilan

12.

Mürsəlov Məhəmmədəli İbrahim oğlu

sürücü

Qubadlı

13.

Səfquliyev İbrahim Şəmsəddin oğlu

sahibkar

Zəngilan

14.

Hüseynova Nəcibə Xəlil qızı

pedaqoq

Zəngilan

15.

Rəhimova Əsmət İsmayıl qızı

pensioner

Qubadlı

16.

Mehdiquliyev İlham İslam oğlu

pedaqoq

Zəngilan

17.

Qasımlı Cəvahir Arif qızı

pedqoq

Zəngilan

18.

Niyazov Zahid Vahid oğlu

Dövlət məmuru

Qubadlı

19.

Alıyev Akif Şükür oğlu

Dövlət məmuru

Qubadlı

20.

Hüseynov Tariyel Salam oğlu

işsiz

Qubadlı

21.

Ağazadə Ləman Musa qızı

İdarəçi

Zəngilan

22.

Əliyev Saleh Həmid oğlu

sürücü

Zəngilan

23.

Muradov Saleh Ağaqulu oğlu

El ağsaqqalı

Zəngilan

24.

Rəhimova Səlimə Əliz qızı

işsiz

Qubadlı

25.

Şirinova Yasəmən Famil qızı

pensioner

Qubadlı

26.

Rüstəmov Əbdüləzim Vəliyəddin oğlu

Fəhlə

Qubadlı

27.

Məmmədov Aslan Ötərxan oğlu

sürücü

Qubadlı

28.

Əsgərov Nadir Allahverdi oğlu

Həkim

Zəngilan

29.

Muradov Əprayıl İbrahim oğlu

pedaqoq

Zəngilan

30.

Hüseynova Günay Kamil qızı

pedaqoq

Zəngilan

 



 


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...