“Bizə artıq pul lazım deyil” - Anardan Elza Seyidcahana CAVAB

“Bizə artıq pul lazım deyil” - Anardan Elza Seyidcahana CAVAB
Əməkdar artist Elza Seyidcahan müsahibəsi zamanı bildirmişdi ki, pandemiyadan öncə mərhum Xalq şairimiz Fikrət Qoca onu Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv edəcəklərini bildirib.

E.Seyidcahan bu dəfə AYB-nin sədri, Xalq yazıçısı Anara müraciət edib. O bildirib ki, illik 15 manat olan üzvlük haqqının əvəzinə, 150 manat ödəməyə hazırdır, təki onu AYB-ə üzv götürsünlər.

Kulis.az xəbər verir ki, məsələ ilə bağlı AYB-nin sədri Anar mediaya açıqlamasında bunun üçün Elza xanımın AYB-nin qəbul komissiyasına müraciət etməsini məsləhət görüb:

"Fikirləşirəm ki, məsələnin belə qoyulması düzgün deyil ki, mən 15 manat yox, illik 150 manat ödəyərəm. Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsi var və orada nə qədər göstərilibsə, onu da ödəməlidirlər. Təki onu ödəsinlər, artıq pul bizə lazım deyil. Özü də AYB-ə qəbul etmirik ki, kimsə ilkin üzvlük haqqını çox verəcək.

Elza Seyidcahanın AYB-ə üzv olması məsələsinə qəbul komissiyası baxacaq. Bu komissiyaya da şair Səlim Babullaoğlu rəhbərlik edir. Elza xanım da həmin komissiyaya müraciət etsin”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Aysunun nişanından - VİDEO

Bu gün müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun nişanıdır. Sfera.az xəbər verir ki, Eşqin adlı şəxslə ailə qurmağa hazırlaşan Aysunun "hə" mərasimi ötən...

Məşhur reper məhkəməni uddu: Bir milyon yarım təzminat alacaq

Məşhur amerikalı reper Kardi B-nin son qazancı müzakirə obyekti olub.   Sfera.az bildirir ki, reperin məhkəmə prosesi uğurlu keçib. Belə ki, fenomen Taşa...

Cazibədar model alt paltarları ilə qarda FOTOSESSİYA etdirdi

Məşhur türkiyəli model Berna Arıcının son fotoları diqqət çəkib.   Sfera.az bildirir ki, o, amerikalı model Kendal Cenner kimi alt paltarı ilə qarın üzər...

Rəqsanənin qızı Aysunun nişanından GÖRÜNTÜLƏR - FOTOLAR + VİDEO

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova nişanlanıb.  Sfera.az xəbər verir ki, onun nigah mərasimi Rəqsanənin evində baş tutub. Bu haqda A...

Roza Zərgərlinin məşhur "polkovnik"lə GÖRÜNTÜLƏRİ YAYILDI - FOTOLAR

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin Bakıda görüntüləri yayılıb. Sfera....

Rəqsanənin qızının nişanlısı görün kim imiş - FOTO

Müğənni Aysun İsmayılova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Aysun "İnstagram" hesabında yeni foto paylaşıb. Nişanlısı Eşqinin də yer ald...