\"Bizdə İtaliya və İspaniyadan daha pis vəziyyət yaranacaq\" - Azərbaycanlı həkim

\
 Azərbaycanlı həkim Murad Məmmədli sosial şəbəkələr vasitəsilə Azərbaycan vətəndaşlarına karantin rejiminə riayət etmək və onsuz da ağır olan vəziyyəti bir qədər də çətinləşdirməməklə bağlı çağırış edib.

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, karantin "görüntü yaratmaq” üçün tətbiq edilməyib, Bakı xəstəxanalarında xəstələr üçün yerlər həqiqətən qurtarır:

"Mən həkiməm, COVID-19 xəstələri ilə işləyirəm. Yalnız Allah bilir biz xəstəxanada nələr çəkirik... Vəziyyət xeyli dərəcədə ciddiləşib. Hər şey biz zənn etdiyimiz kimi olmadı. Bakıda COVID pasiyentləri üçün ayrılan yerlər qurtarır. Yoluxma maskimal dərəcədədir. Hər gün ağır pasiyentlərin sayı artır. Bu templə bütün gücümüz və gördüyümüz işlərə baxmayaraq, ölənlərin sayı kəskin artacaq”.

Murad Məmmədli bütün vətəndaşları ehtiyac olmadıqda ictimai yerlərə getməməyə və ictimai nəqliyyatdan istifadə etməməyə çağırır. O, xəbərdarlıq edir: "Yəni doğrudanmı elementar qaydalara riayət etmək belə çətindir: məsafə saxlamaq, maska taxmaq və əlləri yumaq? İnanın, ən pisi odur ki, bizdə İtaliya və İspaniyadan daha pis vəziyyət yaranacaq".

Həkim, həmçinin hələ də virusun mövcudluğuna inanmayan insanlara müraciət edib.

"Əgər virusa inanmırsınızsa, onda inananların xatirinə karantinə əməl edin. Bilənlərin... görənlərin...xatirinə, nəhayət, Allah xatirinə. Əgər biz bu gün bulvarda, yaxud restoranda sosial məsafə saxlamadan yaşasaq, sabah cəzamız valideynlərimizi, cavan uşaqları və s. itirmək olacaq. İnsanlar fikirləşirlər ki, karantin və digər şeylər görüntü yaratmaq üçündür. Yox əzizlərim, yox! Bu cür yayılma tempi ilə bir azdan bizə tibbi personal da çatmayacaq! Əgər biz xəstələnsək bizim üçün həkim və xəstəxanalarda yer olmayacaq. Qoy Allah ölkəmizi və xalqımızı qorusun!”, - deyə həkim bildirir.

Murad Məmmədli həkimlərin hansı çətin vəziyyətdə işləməli olduqlarından da danışıb.

O deyib: "Siz inanmayacaqsınız ki, biz hansı vəziyyətdə işdən çıxırıq. Bütün həkimlərin üzünün dərisi çıxır, ayaqlarında damarlar şişib. Gecələr yuxuda aparatların səsi hamının qulaqlarındadır...Stres, yuxusuz gecələr, bütün bədəndə ağrılar...Biz hər gün bu vəziyyətdə işləyirik...ac, susuz və demək olar ki, təmiz havasız”.

OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...