“Bizdə iki elektron hökumət portalı var...” – Niyə hələ də vətəndaşdan arayış tələb olunur?

“Bizdə iki elektron hökumət portalı var...” – Niyə hələ də vətəndaşdan arayış tələb olunur?
"Uzun illərdir ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir, xeyli sayda xidmətlər elektronlaşıb. Hətta başqa ölkələrdən fərqli olaraq bizdə iki elektron hökumət portalı "eGov” və "MyGov” fəaliyyət göstərir. Lakin  dövlət qurumları vətəndaşla bağlı digər bir dövlət qurumunun səlahiyyətində olan hansısa məlumatları əldə etmək üçün ondan arayış tələb edir”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə,  dövlət xidmətləri reyestrindən görünür ki,  ölkəmizdə təxminən 50-dək arayış növü var:

"Ünvan haqqında, sağlamlıq haqqında, Prezident təqaüdü barədə,  staj və maaş barədə, "Sürücülüyə yararlı olmaq barədə” (Forma AZS-83), bakalavrlar və magistirlər üçün ali məktəbdən arayış, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və yüklülüyünə dair arayış (Forma 1, Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma), məhkumluğun olub olmaması barədə,  itirilmiş sənədlərlə bağlı  daxili işlər orqanının arayışı və.s.
 
Hazırda "MyGov”da aktiv olan xeyli sayda arayışlar var ki, dövlət qurumları elektron formada olan bu arayışları tanımaqdan imtina edir və kağız formada arayış tələb edir. Hansı ki, dövlət qurumu digər dövlət qurumundan bunu real vaxtda, onlayn formada əldə edə bilir. Əgər dövlət qurumları  vətəndaşla bağlı hansısa məlumatları, arayışları  bir-birindən onlayn formada əldə edə bilirlərsə, onda, nəinki, onun vətəndaşdan tələb edilməsi, ümumiyyətlə qanunvericilikdə bu tip arayışların ləğv edilməsi daha doğru olardı. Bunun üçün isə bütün dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası  başa çatdırılmalıdır”.

O.Gündüz bildirib ki, hazırda "eGov” sahəsində ən ciddi problemlərdən biri budur və xeyli müddətdir problem öz həllini tapa bilmir:

"Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi  dövlət resurslarının inteqrasiyası üçün konkret icra planı hazırlamalı və bu prosesi başa çatdrımaq üçün səyləri gücləndirməlidir. Rəqəmsallaşma prosesinə paralel olaraq qanunvericilik təkmilləşdirilməli və bürokratik əngəllər yaradan hüquqi məsələlər həll edilməlidir.  Artıq rəqəmsallaşan informasiya xarakterli məlumatların vətəndaşdan tələb edilməsinin hüquqi əsasları aradan qaldırılmalıdır.
 
Düşünürəm ki, dövlət qurumları inteqrasiya olunduqca qanunvericilik monitorinq olunmalı və addım-addım bu tip dövlət xidmətləri-arayışlar ləğv edilməlidir.  Artıq xeyli sayda arayışlar var ki, bunların ləğv edilməsi üçün yetərincə əsaslar yaranıb”.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“İrşad Electronics”ə gedərkən iki dəfə düşünün: "Qulaqlıq gigiyenikdir?.."

Son dövrlər "İrşad Electronics” mağazasından şikayətlərin ardı-arası səngimir. Sfera.az bildirir ki, şikayətçilər Teleqraf.com-a müraciət edərək, istehlak...

"Rüsumlar bahalaşacaqdısa, elektronlaşmaya niyə milyonlar ayrıldı?” - Nazir müavininin açıqlamasına SƏRT REAKSİYA

"Son 10-15 ildə hökumət büdcədən  rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayırıb”.   Sfera.az bildirir ki, bunu A...

“Ad dəyişikliyinin Feysbuk sosial şəbəkəsinə aidiyyəti yoxdur” - EKSPERT

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Feysbuk şirkətinin adının dəyişdirilməsi ilə bağlı məlumat paylaşıb. Sfera.az xəbər verir k...

Bu məlumatları qətiyyən Facebook-da yerləşdirməyin - Ekspertdən AÇIQLAMA

Dünən axşam saatlarından "Facebook" və "Instagram" sosial şəbəkələrinin, eləcə də "WhatsApp" tətbiqinin fəaliyyətində problemlər yaranmışdı. Bu da sosial şəbəkə...

Dünən şəxsi məlumatlarınız 5 min dollara satılıb? - AÇIQLAMA

"Sosial media platformalarının ilk çöküş anında hamının ağlına yalnız bir şey gəldi: Müharibə. Lakin, xoşbəxtlikdən problem qlobal idi”.   Sfera.az bildi...

Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ: Məlumatların sızması...

Ötən gün "Facebook" sosial şəbəkəsində 6 saatdan çox davam edən problemlər nəticəsində istifadəçilərin heç bir məlumatının sızması qeydə alınmayıb. Sfera....