\"Biz vasitəçilik etmirdik, gözəl otellərdə gecələyir, bahalı restoranlarda yeyib-içirdik\" - Hoqlandın etirafı nələrin üstünü açdı?

\
ATƏT-in Minsk qrupu həmsədrləri "məsələ ancaq sülh yoluyla həll edilməlidir” açıqlamasını mantra kimi təkrarlayarkən və guya bunun üçün planlar təqdim edərkən baş aldadır, münaqişəni necə var eləcə də saxlamaq istəyirdilər.
 
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. Millət vəkili Minsk qrupunun keçmiş həmsədrlərindən Riçard Hoqlandın sonuncu açıqlamalarından sitat gətirib:

"Hələ Hoqland qədər onların vasitəçilik missiyasının nəyə xidmət etdiyini və Azərbaycanın  İkinci Qarabağ savaşında qazandığı qələbədə Ermənistanın sadəcə aysberqin görünən tərəfi olduğunu,  bütün çılpaqlığıyla açıb göstərən ikinci bir etirafa rast gəlməmişəm. 

Baxın, Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland "The International Conflict Resolution Center” saytında öz vasitəçilik missiyalarıyla bağlı nə yazır: 

"Biz beşulduz otellərdə, özəl yeməkxanaya giriş haqqı verilən, barlardan heç bir əlavə xərc çəkmədən faydalanıla bilən mötəbər adamların yerləşdirildikləri mərtəbələrdə qalırdıq. Ən yaxşı restoranlarda yeyirdik. Amma açığını desək, həddən artıq az nəticə əldə edilmişdi”.  

Hər ayyarımdan bir bizim regiona, Moskvaya və Qərbdəki bir sıra ölkələrin paytaxtlarına oxşar turist səfərləri etdiklərini bildirən Hoqlandın  "Lavrov planı” haqda yazdıqları da çox maraqlıdır: 

"Plan açıqlananda mən nəcib həmkarım rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı razılaşıb bir-birinə güzəştə getsələr, Kreml onu reallaşdırmaq istəyəcəkmi? O, açıq şəkildə cavab verdi ki, əlbəttə yox. Onda mən anladım ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasındakı ikitərəfli problem deyil, Rusiyanın aparıcı və bəlkə də həlledici rol oynadığı üçtərəfli məsələdir””.

Deputat sabiq həmsədrin açıqlamasının hansı mənaya gəldiyindən də söz açıb:

"Həmsədrlik edən və aparılan danışıqların bütün incəliklərindən xəbərdar olan Hoqland deyir ki,  biz vasitəçilik etmirdik,  gözəl otellərdə gecələyir, bahalı restoranlarda yeyib-içib gəzirdik. Münaqişənin həlliylə bağlı özümüzün hazırlayıb təqdim etdiyimiz planlar isə yerinə yetirilmək yox, gözə kül üfürmək üçün idi. Azərbaycanla Ermənistan həmin sənədlərdə nəzərdə tutulanlarla razılaşdıqları halda belə, onlar reallaşmayacaqdı. Ən azından Rusiya buna razı olmayacaqdı.  İndi anlaşıldımı ki, Minsk qrupu həmsədrləri "məsələ ancaq sülh yoluyla həll edilməlidir” açıqlamasını mantra kimi təkrarlayarkən və guya bunun üçün planlar təqdim edərkən baş aldadır, münaqişəni necə var eləcə də saxlamaq istəyirdirlər. 

Hoqlandın bu açıqlaması o deməkdir ki, torpaqlarını işğaldan qurtarmaqla Azərbaycan təkcə Ermənistan üzərində qələbə çalmayıb. Bu həm də hay havadarları rolunda çıxış edən, daha dəqiqi onlardan geosiyasi məqsədləri üçün faydalananlar üzərində qələbədir”.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Sfera.az xəbər ve...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...