No Image
No Image

“Biz təkbaşına vuruşuruq, təkbaşına!” - Ali Baş Komandan

“Biz təkbaşına vuruşuruq, təkbaşına!” - Ali Baş Komandan
 "Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib"

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə deyib.

Dövlət başçısı bildirib:

"İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? "Tor”, "OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. "Toçka-U”, "SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!"

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin Fransaya qarşı bəyanatının TAM MƏTNİ

Milli Məclisin bugünkü plenar iclasında qıbul olunmuş bəyanatın tam mətni yayılıb. Sfera.az bəyanatı təqdim edir. Fransada fəaliyyət göstərən ayrı-ayrı türkof...

Ərdoğan Kəlbəcərdən DANIŞDI

"Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına qatqımız oldu. Erməni işğalı sona çatdı və problemin həlli istiqamətində ümidlər ilk dəfə artdı. Dünə...

“Bu oğrular onu aparırlar ki, Ermənistanda satsınlar”

"Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var”.  Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezid...

Prezident: "Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik"

"Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərin...

Milli Məclisin koronavirusa yoluxan deputatlarının SİYAHISI

Milli Məclisin koronavirusa yoluxmuş deputatlarının əksəriyyətinin adı məlum olub. Sfera.az COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edir: ...

Qüdsün patriarxı Putindən Şuşa və Hadrutun ermənilərə qaytarılmasını xahiş etdi

Ermənistan Şuşa şəhəri və Hardut qəsəbəsinin itirləməsini həzm edə bilmir.  Sfera.az xəbər verir ki, İrəvan bu iki şəhəri geri almaq üçün hətta xaric...