\"Biz sufrajistkalar kimi meydanlarda qan tökdükmü?\" - İradə İsak 8 Martdan yazdı

\
"8 martı niyə sevmirik? Ümumən milli olmayan bayram bizə lazımdırmı? Bəs siz bu planetin adamları deyilsiniz ki, həzərat? Elə bütün bayramlar milli, dini olmalıdır? Bəs dünya ilə həmrəy olmayaqmı? Axı biz bir Kürənin övladlarıyıq, heç olmasa, hansısa günlər”.

Sfera.az xəbər verir ki, bunu tanınmış jurnalist İradə İsak deyib.
 
O, Beynəlxalq Qadınlar Gününün niyə sevilmədiyini bu cür izah edib:

"İlk səsvermə hüququ Azərbaycan qadınına verilib, təhsil hüququ və s. Amma hamısı verilib, heç biri alınmayıb. Qadınlarımız burda da hər şeyi elə o "mişka” hədiyyəsi kimi alıb. Biz Londondakı sufrajistkalar kimi meydanlarda qan tökdükmü? Bizim bir qadın kimi küllən ictimai-siyasi mövqeyimiz, etiraz və narazılığımız oldumu? Olanlara feminist, əxlaqsız damğasını çoxdan vurmuşuq. Bununla rahatlayırıq.

8 Martın fəlsəfəsi var. O, qadınlar bayramı deyil. Bu əməkçi, işçi qadınlar günüdür. Öz haqqı üçün döyüşənlərin, zorakılıq əleyhinə səsini qaldıranların, 16 saatlıq iş rejiminə etiraz edib qanı Avropanın küçələrinə tökülən, həbs edilən qadınların. Bu gün 8 saat o qadınlara görə işləyirik. Bu gün "dekret"ə rahatca o qadınlara görə çıxırıq. Bircə Cəfərin Sevili sadəcə ədəbi obraz olaraq nələrsə edə bildi. O da ədəbi qəhrəmandı. Qalan biz, hələ də dolanışığı yaxşı olan hansısa bir qadın etiraz edəndə vəziyyəti anlamayan adamlarıq. Niyə də niyə? Axı nəyi çatmır?”

Jurnalist qeyd edib ki, 8 Mart azadlığın bayramıdır: 

"Çoxumuzun evindəki qadın çoxdan sevdiyi deyil. Uşaqlara xatir saxlayırlar onları. Paltarını yusun deyə, ütüləsin, yeməyini bişirsin deyə. Bilməmişdik, hələ beləsinə hədiyyə də almalıyıq. Eləmi? "Sevinsin ki, hələ bunun üzünə baxıram" deyə düşününlər indi də az deyil. Biz 8 Martı "müəllimlərə hədiyyə günü" edəndə uşaq ikən beynimizdə yıxdıq bu bayramın evini. Hərə öz qadınına dönməli ikən, biz harda qadın gördük ora çevirdik üzümüzü.  8 Mart azadlığın bayramıdır. 1975-ci ildə elə-belə Ümumdünya bayramı adlanmadı. Hərçənd biz bu planetdə yaşadığımızdan da o qədər əmin deyilik. Fəlsəfəni çiçəyə, böcəyə çevirəndə belə olur.”.

İ.İsakın sözlərinə görə, hər 8 Mart bir aksiya etmək olar: 

"Nə gözəl də etmişdilər. Qadınların təhsilsizliyi əleyhinə "mənə kitab hədiyyə et" demişdilər. Hətta ən ziyalımız o aksiyanı ələ saldı. Bu mart kaş erkən nikahlara qarşı aksiya aparılsa. "Məni məktəbə apar” desə qızlar. "Mişka”, ətir havasından çıxsaq, o mübariz qadınların haqqını versək.  Onda kişilər də daha ciddi baxar bizə. Solan gülün ömrünə çevirməz günümüzü”.

"Dünyada cəmi bir gününüz var. Qeyd edin, işıq üçün, ziya üçün, mübarizə üçün. O ətirin yüzü sizin bir günlük əziyyətinizə dəyməz. Hədiyyələrin ən gözəli sizsiniz. Unutmayın, unutdurmayın”, - deyə, jurnalist sözlərini bitirib.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...