"Biz nə üçün bu qədər insan itiririk?” - Zaur TƏBİB-ə səsləndi
Maqazin
11:09 / 27.03.2021
1567
"24 ölü.. Bəs niyə açıqlama vermirsiz? Niyə xilas edə bilmədiniz? Dünyada korona ilə mübarizə adi üsullarla getdiyi halda, biz nə üçün bu qədər insan itiririk?”.
Sfera.az xəbər verir ki, bunu aparıcı Zaur Baxşəliyev ötən günkü yoluxma statistikasına münasibət bildirərkən deyib. Aparıcı sosial şəbəkə hesabında paylaşım edərək TƏBİB-ə səslənib:
"Axı hər şeyi koronanın üstünə atmaq olmaz. Ölüm statistikası adi qripdən aşağı olan koronadan nə üçün bu qədər insan məhv olur? Səbəb təkcə özünü qorumamaq deyil. Kimdir günahkar ?! Nə üçün ölüm səbəbləri haqda açıqlama vermirsiniz?!".
Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirus infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 24 nəfər isə vəfat edib.
Türkan
Sfera.az