“Biz İrandan daha çox məhsul alırıq, nəinki satırıq...” – Tehranın radikal qərarları öz ziyanlarına olacaq

“Biz İrandan daha çox məhsul alırıq, nəinki satırıq...” – Tehranın radikal qərarları öz ziyanlarına olacaq
Azərbaycan-İran münasibətlərinin kəskinləşməsinin müxtəlif istiqamətlərdəki əlaqələrə təsir edəcəyi ehtimal olunur. İki ölkə arasında yaşanan gərginliyin iqtisadi sahədə əməkdaşlığa mənfi təsir edəcəyi haqda proqnozlar səslənir.
 
Maraqlıdır, münasibətlərin gərginləşməsi iqtisadi sahədə əməkdaşlığa hansı şəkildə təsir edə bilər? Hansı sahələr daha çox ziyan görəcək?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli iqtisadi əlaqələrin kəskinləşəcəyi təqdirdə İranın daha çox zərər görəcəyini deyib:

"Ötən illlərin nəticələrinə baxsaq, Azərbaycanla İran arasında ticarət dövriyyəsi təqribən 500 milyon dollar olub. Biz İrandan daha çox məhsul alırıq, nəinki satırıq. Təxminən 130-150 milyon dollarlıq məhsulu biz İrana satmışıq, İran isə bizə 370 milyon dollarlıq məshul satıb. Beləliklə, ticarət dövriyyəsinə baxanada görürük ki, iqtisadi əlaqələrin korlanmasında İran daha çox ziyana uğrayacaq. Azərbaycan İran üçün tək bazar yox, həm də logistik mənada körpü rolunu oynayır. Yəni Azərbaycan vasitəsilə İran Rusiya, Orta Asiya respublikalarına məhsul ixrac edir".
 
Ekspert bir tək iqtisadi əlaqələrin kəskinləşməsinin logistik əlaqələrə də təsir edəcəyini qeyd edib:
 
"Düşünmürəm ki, Azərbaycan-İran münasibətlərinin kəskinləşməsi iki ölkə arasında iqtisadi əlaqələrə tezliklə təsir etsin. Lakin gərginliyin daha da artması ticarət dövriyyəsinə, logistik əlaqələrə, kapital qoyuluşuna təsir edəcək. Azərbaycan İranda Şimal-Cənub Nəqliyyat Dəhlizi investorlarından biridir. Münasibətlər gərginləşdikcə o investisiyalar da sual altına düşə bilər".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...