Biz heyran olmadıq, fanat olduq!

Biz heyran olmadıq, fanat olduq!

 

Aqşin Yenisey yazır...

Heç bir şişirtməyə yer vermədən deyə bilərik ki, klassik Şərq hissin, duyğunun, klassik Qərb ağlın, zəkanın vətəni idi. Amma niyəsini soruşa bilərik. Nə üçün belə oldu? Niyə bunun əksi baş vermədi? Hansı müdhiş səbəbə görə Qərb ağılı, Şərq hissi seçdi? 

Qərbə (daha doğrusu, bütün dünyaya) ilk dəfə "ağıllı ol” deyənlər qədim yunanlar idi. Nədən ixtisaslaşmış allahların məskəni olan Yunanstanda duyğuya deyil, ağıla önəm verildi? Məntiqlə onlar daha çox yuxarılara, atmosferin seyrək qatlarına bel bağlamalı deyildilərmi? Onların ki göyləri allahlarla dolu idi. Elə bir yüksəklik ki, orada ixtisalaşmış, hərəsi bir peşə sahibi olan allahlar yaşayırdılar. (oxu.az)


OXŞAR XƏBƏRLƏR