“Biz həqiqi liderlə ümummilli problemlərimizin həll edildiyini görürük...” - Açıqlama
11:57 / 17.03.2021
1731
"Ölkə
başçısı vaxtaşırı işğaldan azad olunmuş ərazilərə səfər edir. Dövlət başçısı bir
tərəfdən həmin ərazilərin işğaldan azad edildikdən sonra nə vəziyyətdə olmasını
dünya ictimaiyyətinə əyani olaraq çatdırır, Ermənistan işğalının ilk növbədə
insanlığa sığmayan, mədəniyyəti tapdalayan bir davranış olduğunu göstərir. Digər
tərəfdən isə prezident orada görülən işlərə birbaşa nəzarət edir, tövsiyələrini
verir, plana düzəlişlər edilir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin
müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat
Aydın Mirzəzadə prezidentin Füzuli, Xocavənd, Şuşa səfərindən danışarkən
bildirib. Millət vəkili qeyd edib ki, bununla da Azərbaycan öz vətəndaşlarının
tezliklə işğaldan azad olunmuş torpaqlara qayıdışını təmin edir:
"Həmçinin ölkə başçısının oradakı çıxışları dünyaya
mesajdır. Bu, Azərbaycanın öz torpaqlarına suveren hüququnun olduğunun və
bundan heç zaman əl çəkməcəyinin çağırışıdır. İkincisi, Ermənistanda revanşist
qüvvələrə özünün kəskin cavabını bildirir ki, kimlərsə yenidən Azərbaycan
torpaqlarına iddia etməsin. Həmçinin Azərbaycanın bu hissəsi ilə Naxçıvan
arasında yaranacaq Zəngəzur dəhlizinin yaradılmasına da kimsə maneçilik törətmək
fikrinə düşməsin. Bu, üç dövlət rəhbərinin imzaladığı bir sənəddir. Burada Azərbaycan
heç bir dövlətin ərazisinə iddia etmədən öz hüquqlarını yerinə yetirilməsini tələb
edir. Hesab edirəm ki, cənab prezidentin səfərləri hər bir azərbaycanlının
qürur mənbəyinə çevrilir. Biz həqiqi liderlə ümummilli problemlərimizin həll
edildiyini, müstəqil, nüfuzlu dövlət qurulduğunu və belə bir ölkənin vətəndaşı
olduğumuzla qürur duyuruq”.
Milli Məclisin deputatı Vüqar Bayramov isə
bildirib ki, Prezident İlham Əliyevin əsasını qoyduğu Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yolu region üçün strateji əhəmiyyət daşıyacaq:
Digər tərəfdən, yeni yol Hacıqabul-Mincivan-Zəngəzur
dəhlizi avtomobil yoluna birləşəcək. Praktik olaraq Zəngəzur dəhlizi vasitəsi
ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi
vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Yol dəhliz vasitəsi
ilə həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə
Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından
vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq.
Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də işğaldan azad olunan ərazilərimizin
və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq”.
Günay Rəsulqızı
Sfera.az