\"Biz birlikdə güclüyük\"

\
 Çinin Vuhan əyalətində ortaya çıxan və Covid-19 adı verilən xəstəliyə yol açan koronavirus pandemiyası dünyada yayılmağa davam edir. Azərbaycanda ilk yoluxma faktının açıqlandığı 28 fevraldan bu günə,  hökümət itkinin sayını minimuma endirmək üçün əlindən gələn tədbirləri görür. Vəziyyət hələ gərginləşmədən təhsil ocaqlarında  təlim-tərbiyə prossesinin dayandırılması, iş saatlarının azaldılması, sonradan daha da güclənən karantin nəticəsində sərhədlərin bağlanması və.s. buna aydın nümunə ola bilər.

Bu cür ciddi rejimin hesabına azalan yoluxma sayı karantinin yumşalmasına səbəbiyyət verdi. Lakin, vəziyyətdən düzgün istifadə etməyi bacarmayanların sayı heç də az deyil. Buna görə koronavirusun yayılmasının məhdudlaşdırılması üçün Azərbaycanda həftəsonu (şənbə və bazar) tam qapanma baş tutacaq.
Bu çətin günlərdə tibb işcilərinin əziyyətlərini də gözardı etmək olmaz. Bizlər sadəcə özümüzü qorumağa çalışarkən, onlar bizləri qorumağa çalışırlar. Onların əziyyətlərinə "təşəkkür” ilə yanaşı öz ehtiyatlı davranışlarımızla da qarşılıq verə bilərik.

Vacib olmadıqca evdən çıxmamaq, çıxdıqda isə tibbi maskadan istifadə etmək vacibdir. Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixdə Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır.

Evdə istər əyləncəli, istərsə də maarifləndirici işlə məşğul ola bilərik. Yeni hobbilər tapa bilərik. Zənnimcə, kitab oxumaq, film izləmək, ailəmizlə vaxt keçirmək üçün heç də evdən çıxmağa ehtiyac yoxdur, elə deyil? Bir çox könüllü layihələrinə qoşularaq da evdə səmərəli vaxt keçirə bilərik.

Hər  bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...