No Image
No Image

"Biz 8 Martı əndazəsindən çıxarmışıq" - Əhməd Qəşəmoğlu

"8 Mart bayramını xristianların, inqilabçıların və ya kiminsə əsasını qoymasının məsələyə o qədər də aidiyyatı yoxdur. Biz hamımız insanıq, Yer üzərində yaşayırıq. Kimsə bunu başladıbsa, pis bir şey deyil. Ola bilər ki, bunun yəhudilər, buddistlər əsasını qoyub. Mahiyyət etibarı ilə yaxşı bir şeydirsə, gözəl ənənədirsə, davam etdirmək olar”.
 
Bunu Sfera.az açıqlamasında sosioloq alim, professor Əhməd Qəşəmoğlu deyib. O bildirib ki, qadınlar bayramını qeyd etmək, onları əzizləmək, həmin gün bir az daha diqqətli olmaq ideya kimi pis deyil:

"Amma biz bu 8 Martı əndazəsindən çıxarmışıq. Bax, bu şəkildə 8 Mart bizə lazım deyil. Fikir verin, həmin gün ərəfəsində bütün orta məktəblərdə biabırçı hadisələr baş verir. Qadın müəllimlər uşaqlara eşitdirirlər ki, sizin güllər lazım deyil, konkret pul tələb edirlər. Hətta bir də görürsən, kişi məktəb direktoru 8 Mart keçirir. Bu cür faktlar da mövcuddur. Belə hallar uşaqların psixologiyalarına, müəllim-şagird münasibətlərinə böyük zərbə vurur. O cümlədən məmur, məmurun katibləri ilə bağlı da xoşagəlməz hallar olur. Hədiyyə yarışı gedir, həmin adam artıq eşitdirir ki, filankəs mənə 400-500 manat bağışlayıb , 1000 manatlıq hədiyyə alıb və.s. Belə şeylər yolverilməzdir”.

Sosioloq vurğulayıb ki, toy kimi gözəl adətimizi də pis günə salmışıq: 

"Koronavirusun olması onları dayandırdı. Toylar biabırçı şəkildə gedirdi. Bu baxımdan kimin yaratması deyil, onu nə cür keçirməyimiz vacibdir. Qadınlar günü 8 Mart deyil, başqa gün də ola bilər. Yaxşı olardı ki, 8 Martda analarımıza, bacılarımıza, ətrafımızdakı qadınlara qarşı münasibətdə təntənə olsun, gözəl adətlə qeyd edilsin. Dediyim kimi pul xərci ilə yox. Böyük din xadimləri, müdrik insanlar həmişə maddiyyatdan qaçmağı tövsiyə edirlər. Maddiyyat olan yerdə hökmən xoşagəlməz hadisələr baş verir. Həmin gün biz qadınlara münasibətimizi mənəvi dəyərlər əsasında göstərə bilsək, gözəl bayramdır”.

Qeyd edək ki, 8 Mart Qadınlar günü Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi elan edilib. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb. 

Günay Rəsulqızı
Sfera.az

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əli Əsədov dövlət qulluqçuları ilə bağlı QƏRAR İMZALADI

Nazirlər Kabineti "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib. Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir ...

Bu təsdiqini taparsa, Azərbaycanda koronavirus daha sürətlə YAYILACAQ

Xəbər verdiyimiz kimi, COVID-19 xəstəliyinin ev heyvanları (it və pişik) arasında yayılmasının araşdırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnst...

Qarabağa qanunsuz səfər edən vətəndaşları hansı cəza gözləyir? - "300 manat cərimə, həbs..."

Böyük Vətən müharibəsinin yekunlaşdığı gündən bu yana tez-tez işğaldan azad olunan ərazilərə vətəndaşlarımızın qanunsuz səfər etməsi ilə bağlı xəbərlər yayılır....

Küləkli havada nələri etmək olmaz? - Bakıda TƏHLÜKƏ

Xəbər verdiyimiz kimi bugün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə...

Bağçalar bu tarixdən işləyəcək - RƏSMİ

Sabahdan Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri (bağçalar) ənənəvi qaydada fəaliyyə...

Uşaq bağçaları BAĞLANDI

Bu gün Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən dövlət məktəbəqədər təhsil müəssisələri fəaliyyətini dayandırıb. Sfera.az xəbər...