Bitki yağları bahalaşmağa davam edir - QİYMƏTLƏR

Bitki yağları bahalaşmağa davam edir -  QİYMƏTLƏR
Dünyada bitki yağlarının qiymətində baş verən yüksəliş Azərbaycanda da müşahidə edilir. 

Sfera.az bildirir ki, 2020-ci ilin ikinci rübündən başlayaraq günəbaxan, qarğıdalı və zeytun yağı bahalaşır. Rəsmi məlumatlara əsasən, bu ilin yanvar-aprel ayları ərzində kərə və bitki yağlarının dəyəri 4,4 faiz yüksəlib. 

Qiymət artımını ayrı-ayrı yağ növlərindən daha aydın görmək olar. Azərbaycanda qarğıdalı yağının bir litrinin dəyəri orta hesabla 5,2 manat olub. Qiymət ilin əvvəlində 4,7 manat, ötən ilin aprelində 4,3 manat idi. Müqayisə göstərir ki, qarğıdalı yağının pərakəndə satış qiyməti son bir ildə 0,9 manat (21 faiz), ilin əvvəlindən 0,5 manat (9,6 faiz) artıb.

Günəbaxan yağının dəyəri hazırda 3,8 manatdır. Bu yağın qiyməti illin əvvəlində 3,3 manat, ötən ilin aprelində 2,9 manat  olub. Günəbaxan yağı son bir ildə 0,9 manat (31 faiz), ilin əvvəlindən 0,5 manat (15,2 faiz) bahalaşıb. 

Zeytun yağının da dəyəri yüksəlib. Amma günəbaxan və qarğıdalı yağları ilə müqayisədə bahalaşma sürəti zəifdir. Bu ilin aprelin sonunda litri 13,1 manat olan yağın dəyəri ilin əvvəlində və ötən ilin aprelində 12,9 manat olub. 

Bitki yağlarının bahalaşmasının səbəbi dünyada qarğıdalı, günəbaxan və zeytunun bahalaşması ilə əlaqəlidir. 

Qarğıdalının bir tonunun qiyməti ötən ilin aprelində 147 dollar olduğu halda bu ilin aprelində 269 dollar olub. Xammalın bahalaşması yağın da bahalaşmasını şərtləndirib. 

Günəbaxan yağının dəyəri isə son bir ildə 2 dəfədən çox yüksəlib. Bir il əvvəl 878 dollara təklif edilən günəbaxan yağının bir tonunun qiyməti hazırda 1920 dollardır. 

Zeytun yağının dünya bazar qiyməti də yüksəlişə meyillidir. Ötən il tonu 2800 dollara satılan zeytun yağı hazırda 4120 dollara təklif edilir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...