Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular: Biri şəhid, digəri qazi

Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular: Biri şəhid, digəri qazi
Uşaq vaxtından bir böyüyüb, bir məktəbə gedib, əsgərliyə bir yollanan əmioğluları sonda Vətən Müharibəsində də bir iştirak etdilər. Ancaq çox təəssüf ki, iki onlardan biri şəhid, digəri isə qazi oldu. Onlar eyni təvəllüdlü şəhid Xətai Hüseynov və qazi Ağaxan Hüseynovdur. Hər iki döyüşçü ailənin tək oğlan övladı olub.

Sfera.az-ın məlumatına görə, şəhid Xətai Hüseynovun atası Xaliq Hüseynov Trend-ə bildirib ki, oğlu son günə kimi müharibə gedən ərazidən uzaqda olduğunu söyləyib: "Xətai bizimlə danışanda ancaq deyirdi ki, məni boş verin, özünüz necəsiniz, Ağaxan necədi? Səhhətimlə bağlı mənə görə narahtlıq keçirirdi. Deyirdi ki, ata təki sən özünü qoru, mənim yerim yaxşıdır. Bizi nigaran saxlamasın deyə, hər zaman döyüşlərdən uzaq yerdə olduğunu bildirirdi. Şəhid olmamışdan bir gün əvvəl danışanda anasına dedi ki, mənimlə fəxr edəcəksiniz. Oğlumun 31 oktyabr tarixində şəhid olduğunu eşitdik".

Qeyd edək ki, Xətai Hüseynov Tovuz rayonunun Qovlar şəhərindəndir. Son 30 ildə Qovlardan olan ilk şəhiddir.

Qazi Ağaxan Hüseynovun atası da Trend-ə bildirib ki, oğlu müharibədə bir dəfə yaralnıb, həkimlər onu sağaldandan sonra yenidən döyüşə qayıb: "Oğluma əmisi oğlunun şəhid olduğunu demirdik. Zəng edəndə bizimlə danışdığını, yaxşı olduğunu söyləyirdik. Onlar uşaq vaxtından bir yerdə böyüdüyü üçün bilmirdik bu məlumatı ona necə deyək. Ağaxan bir dəfə Füzuli istiqamətində döyüşlər zamanı yaralanıb, ancaq sonradan sağalaraq geri qayıdıb. Hazırda hərbi xidmətdədir, aprel ayında tərxis olunmalıdır".

Beləliklə, uşaq vaxtından bir yerdə böyüyən əmi uşaqlarının həyat yolunu müharibə ayırdı. Biri şəhid, digəri isə qazi oldu...

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...