BirKart sahibləri həkim müayinəsini hissə-hissə ödəyə bilərlər

BirKart sahibləri həkim müayinəsini hissə-hissə ödəyə bilərlər
 
Partnyor şəbəkəsini durmadan genişləndirən, istər xidmət, istər ticarət, istərsə də iaşə obyektləri sayəsində taksitli alış-
veriş təklif edən BirKart, daha bir yeniliyini müştərilərə təqdim edib. Belə ki, artıq BirKart sahibləri Respublika
Diaqnostika Mərkəzində həkim müayinəsindən keçən zaman tələb olunan ödənişi hissə-hissə ödəyə bilərlər.
Bununla da Diaqnostika Mərkəzinə müraciət edən müştərilər, istənilən həkim müayinəsindən keçə, əməliyyat etdirə,
hətta övlad dünyaya gələn zaman BirKart-dan istifadə edib, tələb olunan məbləği əlavə faiz və komissiya olmadan, 6
ay müddətində bərabər hissələrlə ödəyə bilərlər.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18
ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən
aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS
məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook
səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə
və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial
şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

OXŞAR XƏBƏRLƏR