No Image
No Image

Birinci xanımın təşəbbüsü ilə hərbiçilərimizə dəstək aksiyası - FOTO

Birinci xanımın təşəbbüsü ilə hərbiçilərimizə dəstək aksiyası - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb.
 
Sfera.az xəbər verir ki, aksiya çərçivəsində dekabrın 18-dən başlayaraq Kəlbəcər rayonu, Xocavənd rayonunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə "Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.

Hərbi qulluqçularımızın istək və ehtiyaclarının qarşılanmasına xüsusi həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın təşəbbüsü çərçivəsində növbəti günlərdə işğaldan azad olunmuş digər ərazilərə də səfərlər təşkil ediləcək.

Aksiyanın davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Baş nazir Operativ Qərargahı topladı - FOTO

İyulun 21-də Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçiri...

“Ət məhsulları gələn kimi bitir...” - Bayram yarmarkasından FOTOREPORTAJ

Novruz bayramı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən "Kənddən şəhərə” yarmarkaları təşkil...

Pensiyalar artdı - RƏSMİ

Azərbaycanda pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb. Sfera.az xəbər verir ki, hazırda yaşa görə ...

Birinci xanımın təşəbbüsü ilə hərbiçilərimizə dəstək aksiyası - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə xidmət edən hər...

Məşhurlar İkinci Qarabağ savaşında Azərbaycanı belə dəstəklədi – ADLAR+FİKİRLƏR

İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqq savaşını dəstəkləyən onlarla məşhur şəxs oldu. Onlar müsahibə və sosial şəbəkələrdəki paylaşımlarında açı...

“Heç kəsin ağlına gəlməzdi ki, biz Şuşanı bıçaqla almağı düşünürük” – Əlbəyaxa döyüşlərin inanılmaz TƏFƏRRÜATI

Kəşfiyyatçı, qazi Alik Məmmədov Şuşa uğrunda gedən döyüşlərin hamı üçün maraqlı olan detallarını açıqlayıb.  Sfera.az xəbər verir ki, kəşfiyyat...