Birinci xanımdan 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
09:08 / 20.01.2021
2874
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib.
Sfera.az-ın məlumatına görə, paylaşımda deyilir:
"Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"