Biri azərbaycanlı olmaqla 2 nəfərin öldüyü atışma buna görə baş verib - SƏBƏB

Biri azərbaycanlı olmaqla 2 nəfərin öldüyü atışma buna görə baş verib - SƏBƏB
İstanbulun Bahçeşehir rayonunda martın 31-də axşam saatlarında iki silahlı qrup arasında küçənin ortasında baş vermiş atışmanın motivi məlum olub. Həmin atışmada biri Azərbaycan vətəndaşı olmaqla 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb, 4 nəfər şübhəli hadisə yerindən qaçıb.

Sfera.az xəbər verir ki, silahlı qrup əsl kriminal beynəlmiləl təşkil edib, onlar Rusiya, Gürcüstan, Suriya və Azərbaycan vətəndaşları olublar. Qrup üzvləri əvvəlcə mübahisə edib, daha sonra "razborka” silahlı qarşıdurmaya çevrilib. Hər iki tərəf silahlarını çəkib və küçənin ortasında atışıb.

Hadisədə ölən Azərbaycan vətəndaşının adı Rbaba.R. olaraq göstərilir, digər ölən isə 40 yaşlı çeçen Khasan Y.-dir. Rusiya vətəndaşı gürcü Zurab N. və suriyalı Mohammed Y. İsə yaralanıb. Zurabın vəziyyətinin kritik olduğu bildirilir.

Hadisə yerində polislər 2-i rus, biri çeçen olmaqla 3 şübhəlini saxlayıb, 4 tapança və 30 boş güllə darağı aşkar edib. Hadisə yerindən qaçan daha 4 şübhəli isə axtarılır.

Atışmanın səbəbinin pul məsələsi olduğu bildirilir. İddiaya görə iki qrup arasında daşınmaz əmlak satışından yaranan mübahisə olub. Gürcülərin qrupundan bir nəfər satın aldığı daşınmaz əmlaka görə 2 milyon TL az ödəyib, qarşı tərəf pulları istəyəndə mübahisə atışmaya çevrilib.

Qeyd edək ki, bəzi Azərbaycan KİV-ləri silahlı qrupun üzvlərinin "Lotu Quli” və "Rövşən Lənkəranski”nin (hər ikisi sağ deyil) qruplaşmasının üzvləri olduqlarını iddia ediblər. Lakin bunu təsdiqləyən məlumatlar yoxdur.
 
(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...