BirBank mobil tətbiqi vasitəsilə www.edvgerial.az portalındakı şəxsi kabinetinizi idarə edin

BirBank mobil tətbiqi vasitəsilə www.edvgerial.az portalındakı şəxsi kabinetinizi idarə edin
 

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, bir neçə ay əvvəl www.edvgerial.az portalını istehlakçıların ixtiyarına verdi. Alış-veriş zamanı təqdim edilən çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i alıcının elektron kabinetindəki virtual "pul qabı”na yerləşdirilir. Dövlət Vergi Xidmətindən verilən məlumata görə 10 iyul 2020-ci il tarixinədək təqribən 365 min nəfər portaldan qeydiyyatda keçib, 5 milyon manata yaxın vəsait çeklər əsasında müştərilərə geri qaytarılıb.

Layihə çərçivəsində BirBank mobil tətbiqi istifadəçiləri üçün daha bir mühüm yenilik təqdim edilib. Belə ki, BirBank mobil tətbiqinin "Bonuslar” hissəsində "ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini BirBank vasitəsilə idarə edə biləcəklər. Həmçinin virtual "pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.

Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal İD-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda istehlakçı BirBank mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək, çekin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə edə bilər. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qızıl rekord həddə bahalaşıb

  Azərbaycanda qızıl və gümüş bahalaşıb. Sfera.az xəbər verir ki, avqustun 7-də qızılın qiyməti avqustun 6-ı ilə müqayisədə 26,6645 manat (0,77 faiz) art...

Avqustun 7-də xarici valyutaların manata qarşı məzənnələri

  Azərbaycan Mərkəzi Bankı 7 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan  verilən məlumata görə, avqustun 7-də olan ...

Avqustun 7-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan  verilən məlumata görə, 07.08.2020-ci il tarixin...

Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha bir vətəndaşımıza dəstək oldu

  Unibank Bakı sakini Cavidan İsmayılovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırdı.İllərdir öz bərbər salonunu açmaq, şəxsi biznesini qurmaq arzusu...

Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə proqramı elan etdi

  İstedadların inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir layihəsini elan edib. Bank yeni məzunlar və tələbə-ma...

Azərbaycan nefti bahalaşıb

  CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 5-də 47,16 dollar/barel təşkil edib ki, bu da əvvəl...