\"Bir xalqın bəlkə min ildir içində qalmış arzularını reallaşdırdı\"

\
"Sadə, orta hallı bir ailənin övladı olub əyalət şəhərciyindən böyük Kremlə, siyasi olimpə yüksələn bir yol keçmişdi. Əslində O, bir az da sovet hakimiyyətinin övladı idi. Çünki o dövrdə fəhlə oğlunun müxtəlif vəzifə pillələri ilə qalxması mümkün sayılırdı. Sadəcə ZƏKA, BACARIQ və QABİLİYYƏT olmaq şərti ilə. Əsas məsələ də elə bu idi. ZƏKA! Onu hamıdan fərqləndirən".
 
Sfera.az bildirir ki, bunu tanınmış yazıçı-jurnalist İradə Tuncay yazıb. 
 
Jurnalist qeyd edib ki, Heydər Əliyevin xarici görkəmi də hər kəsə bənzəmirdi:
 
"Hər zaman hər yerdə diqqəti öz üstünə çəkməyi bacaran bu hündürboy, alagöz, yaraşıqlı oğlanın içindəki istedadlardan biri də bu idi. Və bu istedad Ona dövlətçiliyi olmayan bir xalqın bəlkə min ildir içində qalmış arzularını reallaşdırmaq imkanı yaratdı. İndi kənardan baxıb çox hadisələrə fərqli şərh vermək olar. Ancaq etiraf eləməyi də bacarmaq lazımdır ki, hər zaman zamanın gedişini dəyişməyi, hadisələri idarə etməyi, yönəltməyi yalnız və yalnız O bacarırdı. Ona görə də az vaxt ərzində 2 dəfə ölkənin birinci şəxsi olmağı bacarmışdı".
 
İ.Tuncay vurğulayıb ki, birinci olmaq hər oğulun hünəri deyil:
 
"Biz bunu yaxın tariximizdə yaşadıq. Balaca bir ailəni doğru-düzgün idarə eləmək çətin olur. O ki ola Azərbaycan kimi qarışıq, mürəkkəb və təzadlı məmləkəti idarə eləmək. Bura qəribə bir yerdi. Burada müxtəlif psixologiyalar toqquşur. Əsarətin yaratdığı hiylə, məkr, qul düşüncəsi türk etnosunun qan yaddaşı ilə gələn iddialarla üz-üzə gəlir. Çətinə düşəndə təzim eləyənlər, ikiqat olmağı bacaranlar bir az artıran kimi padşahlıq umusunda olurlar. Bütün bu adamların ipini yığıb hər kəsə yerini göstərmək bacarığını da Allah hər kəsə vermir. Zahiri parıltılarıyla bərabər hakimiyyət həm də ağır bir yükdür. Bu yükü daşımağı da hər kəs bacarmır. Milyonların həyatının məsuliyyəti, bu məsuliyyətdən irəli gələn vəzifələri də icra eləməyi hər kəs bacarmır".
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...