Bir qaşıq vasabi yedi, ürəyi parçalandı – Suşi yeyənlər diqqət!

Bir qaşıq vasabi yedi, ürəyi parçalandı – Suşi yeyənlər diqqət!

İsrail həkimləri təcrübələrində rast gəldikləri qeyri-adi tibbi fakt barədə məlumat verərək bildiriblər ki, acılı yapon ədviyyatı, daha çox suşi yanında verilən vasabi yedikdən sonra kəskin ürək sınması, yırtılması baş verə bilər.

Sfera.az medicina.az-a istinadən bildirir ki, 60 yaşlı pasiyent toyda bir qaşıq vasabi yedikdən sonra halı pisləşdiyindən xəstəxanaya gəlib. Vasabini yedikdən 10 dəqiqə sonra o, döş qəfəsində sıxıcı ağrının çiyin və qola yayılmasının şahidi olub, daha sonra ağrı başlayıb.

Səhəri gün ağrılar dayanmadığından o, həkimə gəlir, müayinə zamanı qadının təzyiqinin yüksəlməsi fonunda üərin sol mədəciyinin disfunksiyası, kardiomiopatiya aşkarlanır.

Ürək əzələsinin bir sahəsi ölmüşdü. 12 saatdan sonra təkrar EKQ ürək ritminin də pozulmasını göstərdi. 

Həkimlərin fikrincə, bir qaşıq vasabinin birdən birə qana stress hormonu ifrazı sinir sistemini hiperaktiv dərəcədə oyadaraq, ürəyin koronar damarlarını yükləyib. Nəticədə qadının ürəyinin bir hissəsi sıradan çıxıb.


OXŞAR XƏBƏRLƏR