“BİR QARIŞ DA TORPAQ QAYTARMAMAQ” – “DQR” siyasətçiləri Paşinyanın çağırışına qarşı

“BİR QARIŞ DA TORPAQ QAYTARMAMAQ” – “DQR” siyasətçiləri Paşinyanın çağırışına qarşı

Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri, habelə separatçı regionda keçiriləcək "prezident seçkilərində” namizədliyini irəli sürənlər işğal edilmiş 7 ətraf rayonunun Azərbaycanın nəzarətinə verilməsini də nəzərdə tutan həll variantını istisna edir.

Sfera.az xəbər verir ki, belə reaksiya Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün Qafan şəhərində keçirdiyi mətbuat konfransında etdiyi çağırışa cavab olaraq verilib.

Xəbər verdiyimiz kimi Nikol Paşinyan keçmiş hakimiyyətin Qarabağ məsələsində ona "ağır irs qoyub getdiyini” bildirib. Belə ki, Paşinyan əvvəlki hakimiyyətin zamanında danışıqlar predmeti olan və bu günlərdə erməni KİV-lərində dərc edilən nizamlama variantından ("Madrid prinsipləri”nə əsaslanan həll modeli) sitatlar gətirib. Deyib ki, həmin həll modelinə əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlar-Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçın (Ermənistanla Dağlıq Qarabağı birləşdirən quru dəhlizini çıxmaqla) Azərbaycana qaytarılır. Sülhməramlıların Dağlıq Qarabağ muxtar vilayətinin inzibati sərhədləri boyu yerləşdirilməsindən sonra Azərbaycanın mülki hakimiyyəti həmin rayonlara qayıdır, qoşunlar çıxarılır. Kəlbəcər isə aralıq dövr üçün ATƏT-in nəzarətində olur. Dağlıq Qarabağ aralıq status alır, regionun yekun hüquqi statusu referendumla müəyyən edilir.

Paşinyan Dağlıq Qarabağda "prezidentliyə namizədlərə” çağırış edib, bildirib ki, onlar və ümumən Ermənistan ictimaiyyəti həmin həll modelini dəstəkləsə o baş nazir kimi dərhal bu sənədi danışıqlar masasına qaytaracaq. Başqa sözlə, Paşinyan Serj Sərkisyanın 10 il müzakirə etdiyi nizamlama variantı üzrə danışıqlar aparmaqdan boyun qaçıraraq məsuliyyəti qarabağlı siyasətçilərin üstünə atıb.

Paşinyanın çağırışına ilk reaksiyanı qondarma "dqr”in keçmiş "baş naziri”, indiki "prezidentliyə namizəd” Araik Arutyunyan verib. Bildirib ki, Paşinyanın bəhs etdiyi həmin nizamlama variantı "qəbuledilməzdir”. Arutyunyanın bildirdiyinə görə, o Sərkisyanın vaxtında da həmin sənədlə razı olmadığını dəfələrlə ifadə edib.

Arutyunyan vəd verib ki, "prezident seçildikdən” sonra bütün ətraf rayonların məskunlaşdırılmasına və inkişaf etdirilməsinə başlayacaq. "Mən bunu az əvvəl Qubadlı (ermənilər rayonun adını indi "vorotan” olaraq dəyişib,-red.) sakinləri ilə görüşümdə də dedim və fürsətdən istifadə edib bütün dünya ermənilərinə öz mesajımı çatdırıram”,-o bildirib.

Qondarma "dqr parlamentinin spikeri” Aşot Qulyan da Paşinyanın çağırışına cavab olaraq "bir qarış da torpaq qaytarmamaq” tezisini müdafiə edib. O bildirib ki, Dağlıq Qarabağın müstəqilliyi minimal məqsəddir, əsas məqsəd Ermənistana birləşməkdir. Və Qulyanın sözlərinə görə, hazırda erməni işğalı altında olan Azərbaycan ərazilərinin heç biri geri qaytarıla bilməz, hətta bunu müzakirə etmək belə yolverilməzdir. (O zaman danışıqlar nə barədə getməlidir, qarabağlı "siyasi xadimlər” bu haqda danışmırlar,-red.)

Dağlıq Qarabağın yeganə müxalifətçisi , "prezidentliyə namizəd” Ayk Xanumyan da Paşinyanın çağırışına reaksiya verib və torpaqların qaytarılmasının müzakirə predmeti olmayacağını bildirib. Habelə indiki "dqr xarici işlər naziri”, digər namizəd Masis Mailyan hələ 2009-cu ildə həmsədrlərə təklif edilən nizamlama variantı ilə razı olmadıqlarını çatdırdığını, indi də bu mövqedə qaldığını deyib.

Müzakirələrə "dqr prezidentliyinə” daha bir namizəd-Ruslan İsraelyan da qoşulub və işğal edilmiş bütün torpaqların "Qarabağ xalqına məxsus olduğunu” bildirib. Onun fikrincə, Qarabağ məsələsini "bütün xalq həll etməlidir”. Və danışıqlar qarşılıqlı güzəştlərə yox, Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini  "bütün ətraf ərazilərlə birlikdə tanımasına” əsaslanmalıdır.

Beləliklə, Paşinyanın məntiqi ilə Qarabağ danışıqlarına artıq nöqtə qoymaq olar. Çünki o, Qarabağ məsələsində növbəti populist gediş edərək  ətraf rayonların qaytarılmasını, Dağlıq Qarabağın isə referendum yolu ilə müstəqillik əldə etməsinə yol açan, əslində Azərbaycan üçün təslimçiliyə bərabər olan həll modelini ancaq Qarabağda "prezidentliyə namizədlərin” razılığından sonra yenidən masaya qaytara biləcəyini açıqladı. Və dərhal onun çağırışına rədd cavabları gəldi-qarabağlı siyasətçilər hamısı bir ağızdan bildirdilər ki, nəinki 7 rayon, ümumiyyətlə heç bir qarış da olsun torpaq qaytarıla bilməz. Deməli, Paşinyan daha özünü yorub danışıqlar barədə danışmalı deyil.  Eləcə də danışıqlar Azərbaycan üçün də bitmiş sayılmalıdır. Axı danışıqlar torpaqların qaytarılmasını da nəzərdə tutmayacaqsa o zaman Azərbaycan niyə vaxtını belə mənasız prosesə sərf edir ki?!   /Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...