\"Bir neçə dəqiqəlik öldü\" - Həkimlər Eriksenin xilasından danışdılar

\
Danimarka millisinin məşqçilər heyəti futbolçu Kristian Eriksenlə yaşanan insidentlə bağlı keçirilən mətbuat konfransında çıxış edib.
 
Sfera.az xəbər verir ki, komandanın həkimi Mattias Karenin sözlərinə görə, oyunçunun ürəyi bir neçə dəqiqə döyünməyib.
 
"Ürəyi dayandı, onu müayinə edənədək yanımızda deyildi. Eriksen ölümə nə qədər yaxın idi? Bilmirəm. Hazırda testlərinin cavbları qənaətbəxşdir", -  deyə "Sky” həkimin sözlərindən sitat gətirir.

Eriksen karyerasına son verə bilər

İdman kardiologiyası üzrə professor Sancay Şarma qeyd edib ki, Eriksen bir daha futbol meydançasına çıxmaya bilər. Onun sözlərinə görə, yaxşı xəbər futbolçunun sağ qalmasıdır.
 
"Eriksen bir neçə dəqiqəlik öldü. Yaxşı xəbər - o, sağdır, pis xəbər - o, karyerasını vaxtından əvvəl bitirə bilər”, - deyə Şarma bildirib.
 
Eriksenin karyerası
 
29 yaşlı Eriksen "Ayaks” (Hollandiya), "Tottenhem” (İngiltərə) və "İnter” (İtaliya) klublarında oynayıb. Danimarkalı futbolçu keçirdiyi 527 matçda 109 qol vurub. 2020/21 mövsümündə Eriksen İtaliya çempionu olub. Bundan əvvəl Hollandiyada üç dəfə titul qazanıb.
 
Danimarka millisinin tərkibində 109 oyun keçirən  futbolçu 36 qolun müəllifi olub. 
 
Selcan
 

OXŞAR XƏBƏRLƏR