No Image
No Image

Bir neçə bölgədən quş ətinin gətirilməsinə qadağa qoyuldu

Bir neçə bölgədən quş ətinin gətirilməsinə qadağa qoyuldu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan Sfera.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq, Finlandiya Respublikasının Qərbi Finlandiya, Rusiya Federasiyasının Krasnodar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində aşağı patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasının Qərbi Keyp inzibati ərazi vahidlərində atların Afrika taun xəstəliyi, Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərində dabaq xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Limpopo və İsrail Dövlətinin Hazafon inzibati ərazi vahidlərindən bütün növ diri heyvan və heyvan mənşəli məhsulların, Cənubi Afrika Respublikasından diri atların, o cümlədən OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Əlcəzair Xalq Demokratik Respublikasının Batna və Umm El Buaqi, Cənubi Afrika Respublikasının Qautenq və Qərbi Keyp, Rusiya Federasiyasının Krasnodar, Finlandiya Respublikasının Qərbi Finlandiya inzibati ərazi vahidlərində xəstəliyin qeydə alındığı yerlərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından, Cənubi Afrika Respublikasından, Finlandiya Respublikasından və Rusiya Federasiyasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident Ramazan bayramı ilə bağlı paylaşım etdi - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə rəsmi "Facebook” səhifəsində paylaşım edib. Sfera.az xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını...

Arəstə Baxışova beynəlxalq medal ilə təltif olundu - FOTO

Dünyanın 18 ölkəsinin 25 görkəmli tibb bacısı silahlı konflikt və ya təbii fəlakət qurbanlarına müstəsna cəsarət və fədakarlıqları münasibətilə verilən beynəlxa...

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bu gün Azərbaycanda Ramazan bayramıdır. Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, Eydül Fitr - Ramazan bayramı Şəvva...

Ölkədəki prosesləri jurnalistlərdən eşidirəm - Əliyev

Sizi həmişə dəstəkləmişəm. Sizə təşəkkür edirəm ki, belə çox aktual mövzuları qabardırsınız. Bir çox hallarda ölkədə gedən prosesləri mən sizdən eşidirəm, sizdə...

Prezident Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa Yaradıcılıq...

Şuşada inşa olunacaq yeni məscid belə olacaq - FOTO

Xəbər verdiyimiz kimi, Şuşada yeni məscidin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əl...