Bir insan həyatının xilaskarı olmanın qürurunu yaşayıram – MİLLƏT VƏKİLİ

Bir insan həyatının xilaskarı olmanın qürurunu yaşayıram – MİLLƏT VƏKİLİ

"Əziz dostlar, Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın sözü ilə desəm, hazırda "bir insan həyatının xilaskarı olmanın" qürurunu yaşamaqdayam! Belə ki, bu gün biləsuvarlıların təmsilçisi kimi Mehriban xanımın çağırışına qoşularaq Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankıda irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə qan verdim”.


Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov sosial şəbəkə hesabında yazıb:


"İndiyədək bu çağırışa qoşulan, habelə bundan sonra dəstək olacaq hər bir soydaşımıza təşəkkür edir, vətəndaşlarımızı qanvermə aksiyasında aktiv olmağa səsləyirəm!

Həmçinin, fürsətdən istifadə edərək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının baş həkimi dr Pərvanə Hacıyeva, TƏBİB Mikrobilologiya işçi qrupunun rəhbəri t.e.ü.f.d.Qumral Ələkbərova, baş tibb bacısı Rəmziyyə Mehdiyeva və tibb bacısı Səbinə Əsədovanın timsalında bu aksiyanı reallaşdıran bütün personala təşəkkür edir, onlara fədakar və şərəfli fəaliyyətlərində uğurlar diləyirəm!”


OXŞAR XƏBƏRLƏR