Bir gündə 4 general haqda qərar – Təyinatların pərdəarxası

Bir gündə 4 general haqda qərar – Təyinatların pərdəarxası
 

Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamları son dərəcə ciddi bir sıra məsələlərə nöqtə qoydu. Bu məsələlərin bir çoxu taleyüklü idi və illərdir müzakirə olunur, yekun qərarın necə olacağı dərin maraqla gözlənilirdi. Demək olar ki, dəyişikliklərə dair gözləntilərin əksəriyyəti də özünü doğrultdu. Söhbət hansı gözləntilərdən gedir?

Məsələ ondadır ki, Prezidentin 20 iyun tarixli 4 təyinat sərəncamından yalnız biri – Mədət Quliyevin Müdafiə Sənayesi naziri təyin olunması gözlənilməz oldu. Digər sərəncamlar təəccüb doğurmadı – polisə nəzarət uğrunda mübarizə gözlənildiyi kimi bitdi, xüsusi xidmətin başına gözlənildiyi kimi peşəkar gətirildi, ölkədə sabitliyin təmin olunmasında və paralel olaraq hakimiyyətin möhkəmlənməsində böyük əməyi olmuş general Usubova da gözlənildiyi kimi, yüksək vəzifə verildi.

Polisdə eksperimentə gedilmədi…

Vilayət Eyvazovun DİN başçısı postuna ən real namizəd olduğuna illərdir ki, ictimai rəydə şübhə qalmamışdı. Bu baxımdan onunla müqayisə oluna biləcək ikinci şəxsi heç üfüqdə də görünmürdü. Son vaxtlar bəzi digər şəxslərin də adı hallandırılırdı, lakin onların heç biri şəxsi bacarıqlarına və yüksək idarəetmə qabiliyyətlərinə görə Eyvazova rəqib kimi göstərilmirdi. Bəzi başqa kriteriyalarda onlar V.Eyvazovdan öndə olduqlarına görə şanslı imişlər kimi təqdim olunurdular.

Lakin soyuq başla düşünmək qabiliyyəti olanlar əmindilər ki, DİN eksperiment meydanı olmayacaq – polis dövlətin bel sütunudur, polis sabitliyin əsas qarantıdır, nəhayət, polis hakimiyyətin ən etibarlı zirehidir. Belə də oldu – sabitliyi, cəmiyyəti və hakimiyyəti qorumaq vəzifəsi yenidən illərin sınağından çıxmış təcrübəli, etibarlı və enerjili insanlara həvalə olundu.

Usubovun vəzifəsindən azad olunacağı gözlənilən idi, amma…

25 ildən artıq polisin sükanı arxasında olmuş Ramil Usubovla bağlı gözləntilər də özünü doğrultdu – az qala yüzdə yüz. Cənab Usubovun vəzifəsindən azad olunacağı və Prezident Administrasiyasına keçiriləcəyi ehtimalı xüsusən də vitse-prezident institutunun yaradılmasından (2017-ci ilin əvvəli) sonra daha da aktuallaşmışdı. Bu vaxtadək R.Usubovu Prezident Administrasiyasının rəhbəri postuna potensial namizədlərdən biri kimi göstərirdilər. Lakin vitse-prezident institutu yaradıldıqdan sonra illərdir təkcə yaxşı əməliyyatçı yox, həm də ağıllı siyasətçi bacarıqları ilə diqqəti çəkmiş Usubovu vitse-prezident postuna da layiq görməyə başladılar. 

Amma nə qədər qeyri-populyar post olmasına baxmayaraq, bu müzakirələrdə bəzən Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin oluna biləcəyi versiyası da dilə gətirilirdi. Bu ehtimal da Prezidentin dünənki sərəncamı ilə reallığa çevrilmiş oldu.

İndi açıq qalan yeganə sual budur: Prezidentin sərəncamı ilə bugündən Ramiz Mehdiyevin bir vəzifəsinin icrasına başlayacaq (İndiyədək Təhlükəsizlik Şurasının katibi vəzifəsini Prezident Administrasiyasının rəhbəri icra edib-red.) olan R.Usubov, bunula həm də Administrasiya rəhbəri postuna ən real namizədə çevrildimi? Deyilənlərə inansaq, akademik Ramiz Mehdiyevin də bu posta yeganə namizədi məhz Usubovdur…

Nağıyevin möhtəşəm dönüşü…

İstər 2015-ci ilin oktyabrında Eldar Mahmudov qəfildən vəzifəsindən azad olunanda, istərsə də sonrakı illərdə DTX-da hər hansı dəyişikliyin ola biləcəyi haqda ehtimallar ortaya çıxanda, əksəriyyətin dilindən çıxan ilk ad məhz Əli Nağıyev olardı. Bu da təsadüfi deyildi – Əli Nağıyevin yüksək peşəkarlığı hamı tərəfindən, hətta onun düşmənləri tərəfindən də hər zaman etiraf olunub. 

Ə.Nağıyev onun ən güclü vaxtlarında Eldar Mahmudovla üz-üzə gəlməkdən çəkinməmiş, vəzifəsindən uzaqlaşdırılmasına və əlində ciddi resursu qalmamasına baxmayaraq, bu mübarizədən qalib çıxmış əsl çekist idi. Layiq olduğu yerə qayıtmaq onun haqqı idi və O, düşmənlərinin bütün həmlələrini ustalıqla dəf edə-edə bu günü səbr və təmkinlə gözləyirdi. 

Prezidentin Əli Nağıyevlə bağlı çoxdandır gözlənilən sərəncamı bir məsələyə də aydınlıq gətirmiş oldu. Məlum oldu ki, 2 aydan artıqdır müəyyən dairələrin korrupsioner bir bələdiyyə sədrinin dilindən Nağıyevə qarşı apardıqları böhtan kampaniyası təsadüfi olmayıb. Hətta istisna deyil ki, "Diqlas”ın yandırılması belə təxribat olub və bütün bunlar Prezidentin məlum sərəncamının qarşısını almağa xidmət edib…

Prezidentin "stavkası”…

Nəhayət, Prezident Əliyevin dünənki sərəncamları hakimiyyətdaxili qruplaşmalar arasında balans siyasətinin də davam edəcəyindən xəbər verdi. Cənab Əliyev köhnə, lakin təcrübəli və etibarlı komandaya "stavka”nı davam etdirir.

Azpolitika


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir. &nbs...

13 ümumtəhsil müəssisəsinin tikintisi davam etdirilir

"İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox uşağın təhsil aldığı 2 bağça fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bu barədə Məktəb...