\"Bir gün yox, hər gün sevgi\" – Tanınmışların 8 Mart paylaşımları

\
Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür.

Sfera.az xəbər verir ki, şou-biznesin tanınmış simaları sosial şəbəkədə bunla bağlı paylaşım edib, xanımlara xoş sözlər ünvanlayıblar.

Xalq artisti Aygün Kazımova "Bir gün yox, hər gün sevgi" cümləsi ilə xanımları təbrik edib.

Müğənni Röya anasının şəklini ilk dəfə izləyiciləri ilə  paylaşıb. İfaçı anası kimi yüzlərlə zəhmətkeş xanımların olduğunu vurğulayıb: " Bütün qadınlara arzularının çin olmasını diləyirəm. Qız övladları daim analarının yanında olsun, onlar üçün yaşasın. Heç bir çətinlikdən qorxmayın, problemin həllini intiharda görməyin! Hər birimiz ağır günlər keçirmişik. Amma arzular insanı məqsədinə qədər aparır. Arzularınız tükənməsin".
 
Röya anasının simasında bütün anaları, qadınları təbrik edib.

İfaçı Günay İbrahimli sosial şəbəkə hesabında  "Doğulandan ölüm anınadək həyatın hər anında varlıqlarını hiss etdiyimiz dəyərli qadınlar, hər gün yeni möcüzələr yaradan, hər addımında dünyaya gözəlliklər bəxş edən, bahar gülləri tək təravətli qadınlar, bayramınız mübarək" - deyə, fikirlərini izləyiciləri ilə bölüşüb.
 
Aşıq Samirə xanımlara daima bayram əhval-ruhiyyəsində olmağı arzu edib: "Xoşbəxt olaq və bütün bunları sağlam canla yaşayaq".

Müğənni Zamiq bildirib ki, xoşbəxt olmaq hər bir qadının haqqıdır: "Allah bütün qadınları gözəl yaradıb. Heç bir qadın ağlamasın. Yalnız sevincdən. Allah bütün qadınları xoşbəxt eləsin , onların həmişə üzü gülsün, ana olsunlar. Onlar bizim analarımız, bacılarımız, övladlarımız, həyat yoldaşımızdır. Nə yaxşı ki, varsınız".

İfaçı Nadir Qafarzadə həyat yoldaşı ilə foto paylaşaraq onu təbrik edib: " Həyatımın ilk və son qadını, bayramın mübarək. Sən heç kimə bənzəmirsən. Allah səni mənim üçün yaradıb. Bir daha dünyaya gəlmək şansım olsaydı, yenə də səni özümə ömür-gün yoldaşı seçərdim".

Xalq artisti Zülfiyyə Xanbabayeva isə qeyd edib ki, qadınları anlatmağa kəlmələr, anlamağa da ömür yetməz: "Dünyaya insan gətirən, cana can verən, güclü, zərif, gözəlliyin özü qadınlar,  günümüz mübarək".

Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...