“Bir gecənin içində əcayib-qərayib qərarlar verirlər...” – Ekspert Operativ qərargahı tənqid etdi

“Bir gecənin içində əcayib-qərayib qərarlar verirlər...” – Ekspert Operativ qərargahı tənqid etdi
"Operativ Qərargahın əcayib-qərayib qərarları var və mənə elə gəlir ki, bunlar təhlil aparılmadan, bir gecənin içində verilmiş qərarlardır. Sonradan həmin qərarlar insanlar arasında ciddi narahatlığa gətirib çıxarır”.

Bunu Sfera.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı hələ də bağlı qalan metrolardan danışarkən deyib. Onun sözlərinə görə, Bakı metropoliteni dəfələrlə fəaliyyətə hazır olduqlarını, havalandırma sisteminin işlədiyini bildirib:
 
"Bildiyim qədərilə əsas problem havalandırma sisteminin normal səviyyədə qurulmamasına görə metroda virusun yayılma ehtimalının daha çox olması ilə bağlı idi. Amma ictimai nəqliyyata bu qədər məhdudiyyətlər tətbiq etmək lazım deyildi. Çünki ictimai nəqliyyat həftəsonları işləmirsə, birinci gün onun ikiqat əvəzi çıxır. Hər bir halda, normal yanaşma sərgiləmək, qaydalar müəyyən etmək lazımdır. Burda metronun hansısa şərtlər altında işləməsini də təmin etmək olardı. Müəyyən qaydalara əməl etməklə, sərnişinlər arasındakı seyrəkliyi tənzimləməklə fəaliyyətə icazə vermək mümkündür”.

Ekspert qeyd edib ki, bununla da avtobusların yükü azalmış olacaq: "Avtobuslarda saatlarla bir-birinə sıxlaşıb gedən, virusa yoluxan insanlar metroda daha az müddətdə səfər etmiş olurlar. Dəfələrlə demişəm – tutaq ki, "Sahil” metrostansiyasından "Koroğlu” metrostansiyasına avtobusla bir saatdan artıq vaxt gedir, amma metro ilə maksimum 20 dəqiqəyə çatmış oluruq. Operativ Qərargahda oturanlar bunu anlamırmı? Bu statistikaları, məsələləri götür-qoy etmirlərmi? Bəlkə də edirlər, sadəcə nəsə etmək ağıllarına gəlmir. 20 dəqiqədə yoluxmaq daha risklidir, yoxsa bir saatda avtobusda gəzmək? Bu suala onlar cavab versə, daha yaxşı olar”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...