No Image

"Bir əlin min səsi, Könüllülər dəstəsi"

 Çox qürurverici bir haldır ki,Azərbaycan dövlətinin özəyi ,məsləyi çox sağlam bir gələcəyə,gəncliyə  bağlanıb.Bəli ,bu gün çox ağır bir dönəm yaşayan Azərbaycan  qarşıda duran siyasi, iqtisadi problemləri ilə tək deyildir.Bas vermiş , məhz,qarşı-qarşıya durduğu probleməri  ilə öz gənc ,sağlam pöhrələrinə güvənə bilir ,etibar edə bilir .Bu danılmaz faktdır ki, zəkasına ,biliyinə  gücünə ,bacarığına ,köməyinə   ehtiyac duyulan  gənclərə hər yerdə ehtiyac var. Bu işdə könüllülərin əməyi əvəzedilməzdir .Onlar  hər yerdədilər. Bu gənclər, yeniyetmələr bir səsdilər.Hər bir tərəfdə əks -səda veren bu gəncləri , könüllüləri biz Azərbaycanın hər yerində görürük,hiss edirik.Hər bir sahədə onlar ve onların çiçəklənən əməlləri vardır. 
 
Başda Cənab prezidentimiz İlham Əliyev  olmaqla dövlətimiz uzaqgörən,parlaq, inkişaf etdirici məqsəd və  siyasətində hər zaman  gənclərə yol açıb,onlara dəstək durub,yetişdirib .Bəli ,dövlətin arxasında cəngavər tək duran , önündə  ,düşmənin iyrənc ,yalançı  siyasətinə alnı açıq ,gözü dik baxan , əli bayraqlı, Azərbaycan gəncləri dayanıb.Bunların içində könüllülərin əməyi danılmazdır.  Könüllülər hər bir  işə ,böyüklüyündən,kiçikliyindən asılı olmayaraq böyük həvəslə qatılırlar.Onlar yüksək kommunikativ ,texnoloji,innovativ bacarıqlara ,biliklərə  malik gənclər kimi yüksək elm sahələrində ,iqtisadi ,sosial problemlərin həlli zamanı dövlətin yanındadırlar. Bunlarla yanaşı eyni zamanda  biz onları  ölkənin hər bir sahəsində ,yerində kömək əlini uzadaraq yardıma ehtiyacı olanların yanında görürük.Əli iş tutmayan qocalara ,kimsəsizlərə,uşaqlara göstərdikləri mənəvi dəstək əvəzolunmazdır. Saglam dünya naminə birləşən dünya gəncləri arasında bizim gənclər, könüllülər xüsusi,qürurverici zirvədə durur. Gənclərin,könüllülərin təbiəti qoruyaraq, canlı,cansız aləmə göstərdikləri sevgi,nəvaziş,etibar  yüksək humanist münasibətlər  dünya üçün yüksək amal və müsbət göstəricidir.  Var olsun Azərbaycan gəncləri,könüllüləri!Səslərə səs verən ,yüksək elmi qabiliyyətlərə malik  bacarıqlı ,vətənsevər gənclər, könüllülər.Əməkləri danılmaz,bir əlin min səsi,könüllülər dəstəsi! Var olasız hər zaman.
 
Bakı şəhəri,Nəsimi rayonu təhsil işçisi
Ağalarova Təranə Məhyəddin qızı

OXŞAR XƏBƏRLƏR

Qanun ədaləti təmin etmədikdə görüntü - imitasiya təsirini bağışlayır

  Yunanıstanın ölkəmizə yeni təyin olunmuş  fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan  Prezidenti cənab İlham ...

To-PLAN -tı...

 Jalə Mütəllimova   Rəhmətlik Səməndər demiş, bu toy ki, var, vacib məsələdir...   Təkcə bəyə gəlinə yox, bütövlükdə ölkəyə toy tutublar!&nbs...

Azərbaycan düşmənlə sərhəddə, düşmənə xidmət edənlə daxildə döyüşür

  Münasibətlərin ən alisiqarşılıqsız olandır. Dünyanın hər yerində qəbul etdikləri ideologiya uğrunda təmənnasız mübarizə aparan insanlar var. Onlar seçir...

Fərhad Məmmədov: "Erməni terror təşkilatları məhz diaspor mühitində yetişdirilib"

Sfera.az Fərhad Məmmədovun cəbhə boyunca baş vermiş atışmalar, eləcə də bunun ardınca bir sıra Qərb dövlətlərində ermənilərin soydaşlarımıza hücum etməsi ilə ...

“Tanrı peşəmizə, dövlət və xalqımıza olan sevgimizi sarsıtmasın…”-TANINMIŞ JURNALİST YAZIR

  Mən bu adamları, Nurlanını, Əslisini, Orduxanını, Emilini, Məhəmmədini və sair çox yaxşı tanıyıram, dabbaqda gönlərinə bələdəm. İndi diqqətlə baxsanız ...

Daha bir millət vəkilinin oğlu ordu sıralarına könüllü qeydiyyatdan keçib

     "Ana Vətən Partiyası"nın sədri, millət vəkili Fəzail Ağamalının oğlu Elçin Ağamalı ordu sıralarına könüllü qeydiyyatdan keçib. Sfera.az mi...