Bir ay əvvəl itkin düşən qızın meyiti tapıldı

Bir ay əvvəl itkin düşən qızın meyiti tapıldı
Bir ay əvvəl Gəncədə itkin düşən qızın meyiti tapılıb.

Sfera.az-ın məlumatına görə, 19 yaşlı qızın meyiti bir neçə saat əvvəl şəhər ərazisində tapılıb.

Onun qətlində 22 yaşlı sevgilisi şübhəli bilinərək saxlanılıb.

Bundan öncə, qızın axtarışları zamanı bir neçə dəfə dindirilən oğlan qızdan xəbəri olmadığını deyərək cinayəti etiraf etməkdən imtina edib.
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR