No Image
No Image

Bir ailənin üç üzvü dəm qazından boğularaq öldü

Bir ailənin üç üzvü dəm qazından boğularaq öldü
Yanvarın 11-də saat 15 radələrində 3 nəfər şəxsin Abşeron rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sfera.az xəbər verir ki, Abşeron rayon prokurorluğundanverilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olunub ki, 1995-ci il təvəllüdlü Kamal Süleymanovun, 1997-ci il təvəllüdlü Günel Tağıyevanın və sonuncunun 2019-cu il təvəllüdlü azyaşlı övladının meyitləri Xırdalan şəhəri, Quşçuluq massivi, X.R.Ulutürk küçəsində yerləşən fərdi yaşayış evlərinin birində aşkar olunub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabirabadda “Mercedes” yandı

Sabirabad rayonunun Şəhriyar kəndində "Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlu...

Cəsədləri axtaran erməni hərbçilər özlərinin basdırdıqları minaya düşdülər

Ermənistanın cənubunda Sünik istiqamətində Qarabağ müharibəsi zamanı ölənlərin cəsədlərinin axtarışı zamanı partlayış baş verib. Sfera.az xəbər verir ki, ...

İşdən çıxarılan İCRA BAŞÇISI VƏFAT ETDİ – FOTO

İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı "Şöhrət” ordenli, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov vəfat edib. Sfera.az...

Bulvarda gənc qız özünü dənizə atdı - VİDEO

Bakının Səbail rayonunda gənc qız intihara cəhd edib.   Sfera.az bildirir ki, bu barədə hadisə şahidləri Baku.ws-in qaynar xəttinə məlumat veriblər. ...

Cəbrayıl və Xocavənddə daha 8 erməni hərbçinin cəsədi TAPILDI

Qarabağda erməni hərbçilərin cəsədləri tapılmaqda davam edir. Sfera.az xəbər verir ki, ötən gün axtarışlar zamanı daha 8 erməni hərbçisinin cəsədi tapılıb...

Hirkan Milli Parkında yanğın söndürüldü

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülüb Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xid...