Bir ailənin 9 üzvü əriştədən zəhərlənib öldü
13:00 / 22.10.2020
2319
Dondurucuda saxlanılan yemək 9 nəfərin ölümünə səbəb olub.
Sfera.az xəbər verir ki, hadisə Çinin Cixi Şi şəhərində baş verib.
Bir ildir dondurucuda saxlanılan əriştədən hazırlanan yeməyi yeyən ailənin 9 üzvü bir neçə saat sonra dünyasını dəyişib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ölümə əriştənin tərkibində yaranan "bongrek" turşusu səbəb olub.
Bildirilib ki, ümumilikdə ailə 12 nəfərdən ibarət olub. Onlardan yalnız 3-ü sağ qala bilib. Çünki üç yeniyetmə əriştədən qəribə dad gəldini əsas gətirərək onu yeməkdən imtina ediblər.
Jalə Mehdi
Sfera.az