Bir ailədən müharibəyə gedən beş nəfər - FOTOLAR

Bir ailədən müharibəyə gedən beş nəfər - FOTOLAR
44 günlük Vətən müharibəsinə ailəliklə qatılan soyadlardan biri də Həşimovlardır. Lənkəran rayonunun Boladı kəndindən olan bu ailənin beş üzvünün qələbədə payı var.

Birinci Qarabağ müharibəsində də iştirak edən Fikrət və Araz Həşimovlara Vətən müharibəsində qardaşı oğlanları Qalib, Alim və Taleh Həşimovlar da qoşulub. Həşimovların dördü hərbi pilotdur, biri isə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemində xidmət edib.

Sfera.az  xəbər verir ki, bu barədə "Qafqazinfo”ya ailə üzvlərini ön cəbhəyə yola salan Mirəsgər Həşimov danışıb:

"İki qardaşım, üç oğlum milli ordumuzun zabitləridir, hər biri mayor rütbəsindədir. Qardaşlarım Araz və Fikrət Perm Hərbi Aviasiya Məktəbini bitiriblər.

Oğlanlarım da əmilərinə baxıb pilot peşəsini seçiblər. Onlar hələ uşaq ikən göydə uçan təyyarələrə maraqla baxırdılar, deyirdilər ki, Fikrət və ya Araz əmi uçur. Biz də böyüyüb təyyarə idarə edəcəyik.

Mən onların qarşısını kəsmədim. Dedim əgər təyyarəçi olmaq istəyirsinizsə, gedin olun. Əgər Vətənə onlardan bir xeyir gələrsə, niyə də olmasın?

Qardaşlarım yük təyyarəsi idarə ediblər və müharibədə ordunun təminatında iştirak ediblər. Oğlanlarım Qalib və Taleh qırıcı təyyarə pilotlarıdır.

Alim isə Hava Hücumundan Müdafiə sistemində xidmət edir. Ölkəyə düşmən tərəfindən atılan raketlərin zərərsizləşdirilməsində onun böyük rolu olub”.

Fotoda: Taleh Həşimov
Mirəsgər Həşimov deyir ki, hər üç oğlu Heydər Əliyev adına Hərbi Təyyarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

Akademiyada öyrəndikləri və təcrübələri onlara döyüşdə böyük uğur qazandırıb. Taleh Həşimov "Azərbaycan bayrağı” ordeni, Suqovuşan, Kəlbəcər və Cəbrayılın azadlığı uğrunda medalları ilə təltif olunub.

Araz Həşimov da xidmətlərinə görə Ali Baş Komandan tərəfindən "Vətən uğrunda” medalına layiq görülüb. 

Onların döyüşdə qazandıqları nailiyyətlərdə həm də Vətənə olan sonsuz sevgilərinin payı var. Qalib əsgərləri Boladı kənd əhalisi böyük təntənə ilə qarşılayıb:   

"Mən bu qalibiyyətə çox sevinirdim. Bunu sözlə ifadə etmək çətindir. Taleh "Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdü.

Onun düşmənin məhv edilməsində böyük rolu olub. Prezident də onun şücaətini qiymətləndirib. Ona bir neçə günlük məzuniyyət vermişdilər və kəndə gəlmişdi.

İnanın, heç bir dəqiqə istirahət edə bilmədi, hamı onu ziyarətə gəlirdi. Zarafatla deyirdi ki, müharibə bundan rahat idi.

Ümumiyyətlə, Həşimovları rayon, kənd elə təntənə ilə qarşıladı ki, bundan qürur keçirməmək mümkün deyil. Şəhidlərimiz oldu, kəndimiz də 3 şəhid verdi. Allah onların hər birinə rəhmət eləsin. Mən fəxr edirəm ki, mənim oğullarımın, qardaşlarımın da şəhidlərin qanının yerdə qalmamasında rolu oldu”.

Fotoda: Araz Həşimov
 

Fotoda: Fikrət Həşimov

 

Fotoda: Qalib Həşimov


 

Fotoda: Alim Həşimov

 







OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...