Hadİsə

Bir ailədən 5 nəfərin öldüyü qəza – DİN rəsmi məlumat yaydı

Bir ailədən 5 nəfərin öldüyü qəza – DİN rəsmi məlumat yaydı
 

Daxili İşlər Nazirliyi İmişlidəki dəhşətli qəza barədə məlumat yayıb.

Sfera.az  xəbər verir ki. nazirliyin məlumatına görə, sentyabrın 9-da gecə saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi "Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Nəticədə sürücü İlqar Şamxalov və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.

Avtomobil kanaldan çıxarılıb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.  

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930