Binəqədidəki yanan binaya görə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
12:42 / 03.06.2019
2540
2015-ci il mayın 19-da Bakıda Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə ittiham olunanlardan biri - "Global Construction” MMC-nin təsisçisi və İdarə Heyətinin sədri Miryusif Mahmudov azadlığa buraxılıb.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, M.Yusifov cəzasının bir hissəsini çəkdiyi üçün vaxtında əvvəl azadlığa buraxılıb.
M.Mahmudovun təsisçi olduğu "Global Stone” şirkətinin direktor müavini Ələkbər Əsgərov da azadlığa çıxıb.