Binəli Yıldırımdan İmamoğlunun vəsiqə almasına ilk reaksiya:"Gərginliyin gərəksizliyi üzə çıxmışdır..."
Dünya
15:24 / 18.04.2019
4115
"İstanbul şəhər Seçki Komissiyası İstanbul bələdiyyəsinin vəsiqəsini cənab İmamoğluna vermişdir. Qərarın xeyirli olmasını arzulayıram”.
Bu sözləri AKP-nin İstanbul bələdiyyəsinə namizədi olmuş Binəli Yıldırım "Twitter” sosial şəbəkəsindəki hesabında yazıb.
O bildirib ki, vəsiqənin Əkrəm İmamoğluna verilməsinə baxmayaraq, təmsil etdiyi partiya (AKP) hüquqi haqlarını axtarmağa davam edir: "Demokratiya və hüquq öz işini görmüşdür. Böyüyən gərginliyin gərəksizliyi üzə çıxmışdır. Son söz YSK-nındır”.