Binəli Yıldırım Naxçıvana getdi

Binəli Yıldırım Naxçıvana getdi
Noyabrın 3-də Türkiyənin Baş Naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gedib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin Sədri qonaqları salamlayıb və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib:

"Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli liderlərimiz - Mustafa Kamal Atatürk və Heydər Əliyevin xalqlarımıza miras qoyduqları birlik və həmrəylik bu gün daha da möhkəmlənmiş, Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda hər iki ölkə prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz inkişaf etdirilir. Ölkələrimiz arasındakı əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının da mühüm rolu vardır. Muxtar respublika ilə Türkiyə Respublikası arasındakı iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, ordu quruculuğu və digər sahələrdəki əməkdaşlıq ilbəil genişlənir”.

"Azərbaycan və Türkiyə xalqları tarixən bir yerdə olublar. Bu gün də bir yerdədirlər və eyni mövqedən çıxış edirlər”,- deyən Ali Məclisin Sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizə verdiyi hərtərəfli dəstəyə görə qardaş Türkiyə dövlətinə, rəhbərliyinə, Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirib. Həmçinin Ali Məclisin Sədri Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ və insan tələfatı ilə bağlı kədərini ifadə edib, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Naxçıvan Muxtar Respublikasına səfəri bir millətin iki dövlətinin göstəricisi kimi dəyərləndirən Ali Məclisin Sədri bir daha qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirib.

Binəli Yıldırım Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib, göstərilən səmimi münasibətə görə nümayəndə heyəti adından minnətdarlıq edib:

"Qarabağın işğaldan azad olunması uğrunda qəhrəmancasına vuruşan bütün əsgərlərimizə qələbə arzulayır, şəhidlərimizə Allahdan rəhmət, yaralananlara cansağlığı diləyirəm. Naxçıvan Muxtar Respublikasının Türkiyə üçün xüsusi yeri vardır. Naxçıvan Anadolunun türk dünyası ilə əlaqəsi olan önəmli muxtar respublikadır. Biz Naxçıvanı türk dünyasına açılan qapı olaraq görürük. Ona görə də Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət veririk. Bu il Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Naxçıvanla əlaqədar önəmli qərarlar qəbul edildi. Bu qərarlardan biri də Naxçıvana Qars üzərindən dəmir yolunun çəkilməsi ilə bağlı oldu”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Binəli Yıldırım Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim edib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Milliyyətçi Hərəkat Partiyasının Türkiyə Parlamentindəki fraksiyasının sədri Cəlal Adan və Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...