“BİNƏ AQRO” şirkətindən Prezidentin təşəbbüsünə dəstək – 2200 tənha ahıla yardım, 100 min manat ianə

“BİNƏ AQRO” şirkətindən Prezidentin təşəbbüsünə dəstək – 2200 tənha ahıla yardım, 100 min manat ianə

"BİNƏ AQRO” şirkəti ölkədəki məlum durumla bağlı xeyirxah təşəbbüsə qoşulub. Belə ki, adıçəkilən şirkət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 23 mart 2020-ci il tarixli qərarına əsasən, evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı insanlara yardım göstərib.

 

 

Sfera.az xəbər verir ki, tənha ahıl insanlara sosial xidmətlərin göstərilməsi, onların zəruri istehlak məhsulları ilə təmin edilməsini özünün önəmli vəzifələrdən sayan "BİNƏ AQRO” şirkəti bu kateqoriyadan olan insanlara diqqət, şəfqət və sosial dəstək hissini rəhbər tutaraq, onların istehlak zənbilinə daxil olan əsas məhsullarla təmin etmək təşəbbüsü ilə çıxış edib.


"Binə Aqro” Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 2220 tənha ahılın birdəfəlik qaydada ərzaq yardımı ilə təminatını həyata keçirəcək.

 

Qeyd edək ki, həyata keçirilən təşəbbüs xalqımızın milli-mənəvi dəyərlərinə sədaqətin nümunəsi olaraq, biznes nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən yaşadılan xeyriyyəçilik ənənələrinin davamlı olması yolunda atılan addımdır.


Sonda xatırladaq ki ölkənin aparıcı istixanaları və tərəvəz ixracatçıları sırasında olan "Binə Agro” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 100 min manat məbləğində yardım köçürülməsinə qərar verib.

 

Şirkətin bununla bağlı yaydığı məlumatda deyilir: "Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkədə COVID-19-la mübarizədə atılmış önəmli addımdır. Korporativ Sosial Məsuliyyət strategiyasını ali prinsip hesab edən bir şirkət olaraq bu əhəmiyyətli təşəbbüsə dəstək verməyə bilməzdik.

Ümumi taleyimiz üçün birgə məsuliyyət tarixi zərurətdir”.





 


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...