Binanın damına çıxaraq intihar etmək istəyən qızı ustalar xilas etdi

Binanın damına çıxaraq intihar etmək istəyən qızı ustalar xilas etdi
Qəbələ rayonunda intihara cəhd hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində, hündürmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 23 yaşlı Arzu Qafarova doqquz mərtəbəli yaşayış binasının damına çıxaraq özünü binadan atmaq istəyib. Lakin bu zaman binada təmir işləri aparan ustalar son anda onun intihar cəhdinin qarşısını alıblar. Gənc qızın hansı səbəbdən intihara cəhd etməsi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
 
(Report)

OXŞAR XƏBƏRLƏR