“Binada pul çap edən fabrik də olacaq ki...” – Mərkəzi Bankın 450 milyonluq yeni binasına ETİRAZ

“Binada pul çap edən fabrik də olacaq ki...” – Mərkəzi Bankın 450 milyonluq yeni binasına ETİRAZ
"Qərar səhvdir və indiki reallığı nəzərə alaraq ləğv edilməlidir”

Bu sözləri Sfera.az-a açıqlamasında 450 milyon manata Mərkəzi Banka yeni inzibati bina tikilməsi qərarına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Bu günə qədər dövlət şirkət və qurumlarına yeni inzibati binanın tikintisilə bağlı bu heç bir əsaslandırmanın şahidi olmamışıq. Belə qərarlar əksər hallarda vətəndaşlarımız tərəfindən ciddi şəkildə neqativ reaksiyaya səbəb olub. 1998-ci ildə Mərkəzi Bank üçün tikilən bina müasir olmaqla yanaşı, şəhərin mərkəzində yerləşir. Mərkəzi Bankın əməkdaşları da o qədər çox deyil ki, yeni şəraitə ehtiyac yaransın. Ona görə də bu qərar anlaşılan və məntiqli deyil. Pandemiya şəraitində, azad edilmiş torpaqlarımızın bərpası istiqamətində böyük vəsaitlərə ehtiyac olduğu bir zamanda belə bir qərarın verilməsi haqlı olaraq qıcıq doğurur”.

N. Cəfərlinin fikrincə, heç bir ehtiyac və Mərkəzi Bankın hansısa əsaslandırması olmadan bu tikinti ondan xəbər verir ki, qərar öncədən verilib və bu zaman yeni reallıqlar nəzərə alınmayıb:

"Layihənin qalibi olan Türkiyə şirkəti "Tekfen”in uzun illər Azərbaycanda çalışdığını nəzərə alsaq, çox güman ki, sözügedən layihə ciddi şəxsi münasibətlərin, əlaqələrin nəticəsidir. Bu istiqamətdə keçirilən tenderlə bağlı hər hansı məlumat yoxdur. Təəssüf ki, həyata keçirilən bu cür böyük layihələrin əksəriyyətindən korrupsiya qoxusu gəlir. Təsəvvür edin, ehtiyac olmadan bir binanın tikintisinə pandemiya dövründə 600 min əhaliyə 190 manat məbləğində verilən birdəfəlik müavinət qədər vəsait ayırırlar. Bu biabırçı haldır.

Mərkəzi Bank əlavə dəyər yaradan qurum deyil. Binaya xərclənəcək vəsait sadəcə izafi xərcdir. Onun geri dönüşü mümkünsüzdür. Qərar büsbütün səhvdir. İndiki reallığı nəzərə alaraq həmin qərar ləğv edilməli idi”.

"Yeni binada pul çap edən fabrik olarsa, onu başa düşmək olardı”

Bu açıqlama isə bank eksperti Əkrəm Həsənova məxsusdur:

"Mərkəzi Bankın indiki əsas binasının tikintisinə çəkilən xərc indi tikilən binanın qiymətinin heç 10 faizi qədər deyildi. Nə baş verdi, nə dəyişdi ki, indi şəhərin mərkəzində olmayacaq yeni binanı 10 dəfə baha tikirlər? Yeni binada pul çap edən fabrik də yaradılarsa, bu layihəni hardasa başa düşmək olardı. Amma bu da yoxdur”.

Ə. Həsənov düşünür ki, ümumiyyətlə Mərkəzi Bankın yeni belə bir binaya ehtiyacı yoxdur, xüsusən də indiki dövrdə: "Hətta vaxtilə orada işləyən şəxs kimi deyim ki, Mərkəzi Bankın kadr ehtiyatı şişirdilib. Aydın məsələdir ki, qərar indi deyil, bir neçə il öncədən qəbul olunub. Ola bilsin, o vaxt qərar ağlabatan idi. Bu gün isə ona getmək olmaz. Pandemiya, müharibə və ondan sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək tikinti işləri böyük xərclər tələb edib və edəcək. Dövlət indi yalnız işğaldan azad edilmiş ərazilərdə tikinti işləri aparmalıdır. Bakıda isə buna ehtiyac yoxdur. Yəqin ki, burada kimlərinsə şəxsi maraqları olub. Deməli proseslə bağlı nələrsə düzgün deyil”.

"450 milyon manata Qarabağda 15 min 149 ev tikmək olar”

Bunu isə iqtisadçı ekspert Qubad İbadoğlu söyləyib: "Mərkəzi Bankın yeni binasına xərclənəcək vəsaitə Qarabağda ümumilikdə 1 milyon 287 min 714 kv metr yaşayış sahəsi olan mənzillər və Böyük Bərpa Proqramında nəzərdə tutulduğu kimi hər biri 85 kv metrdən olmaqla 15 min 149 ev tikmək olar.
450 milyon manat vəsaitlə 5000 min istedadlı Azərbaycan gəncinin dünyanın ən nüfuzlu Universitetlərdə 2 il ərzində xaricdə magist təhsilinin xərclərini ödəmək, onların yaşayış xərclərini tam şəkildə qarşılamaq, bununla da 2 il ərzində beynəlxalq standartlara cavab verən 5000 kadr hazırlamaq olar”.

Elçin
Sfera.az


OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...