Bina yandı, \"Sputnik Azərbaycan\"ın qadın əməkdaşı özünü balkondan atdı - Fotolar

Bina yandı, \
Şabranda yaşayış binasında baş verən yanğın nəticəsində 7 nəfər tüstüdən zəhərlənib.
 
Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, eləcə də Şabran Rayon Mərkəzi Xəstəxanasının təcili-tibbi yardım briqadaları cəlb edilib.
 
Tüstüdən zəhərlənən sakinlər Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara müvafiq tibbi yardım göstərilib.Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 51 yaşlı kişiyə sağ topuğun kəsilmiş yarası, 1 kişi və 5 qadına isə tüstüdən boğulma, həmçinin stress diaqnozu qoyulub.
 
Onlardan iki nəfəri cərrahiyyə şöbəsinə, beş nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Zəhərlənənlər arasında "Sputnik Azərbaycan"ın bölgə müxbiri Leyla Abdullayeva da var.
 
Leyla Abdullayevanın həyat yoldaşı İbrahim Abdullayev "Yeni Sabah"a açıqlamasında bildirib ki, yanğın zamanı o evde olub, yanğından xəbərsiz olub, bir də onu görüb ki, evi tüsdü basıb və dərhal evin balkonundan özünü tullayıb. Balkondan tullanan jurnalist belindən zədə alıb, bundan əlavə o, tüstüdən də zəhərlənib. Onu dərhal xəstəxanaya yerləşdiriblər.
 
Onu da qeyd edək ki, "Sputnik Azərbaycan"nın bölgə müxbiri Leyla Abdullayeva o evdə kirayəşin kimi qalır və Azərbaycanın Şimal bölgəsini təmsil edir.

 

OXŞAR XƏBƏRLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...