Bill Qeytsin boşanma səbəbi AÇIQLANDI: gənc sevgili, pedofillə işbirliyi

Bill Qeytsin boşanma səbəbi AÇIQLANDI: gənc sevgili, pedofillə işbirliyi
Melindanın Bill Qeytsdən boşanmasının səbəbləri ərinin sədaqətsizliyi və intihar edən amerikalı maliyyəçi və milyarder Cefferi Epşteynlə ilə əlaqəsi ola bilər.

Sfera.az bildirir ki, xarici media bu boşanmanı tarixin az qala ən bahalı prosesi adlandırıb.

"Düşünürəm ki, nə qədər tez ayrılsalar, insanlar daha tez başqa mövzularda danışmağa başlayacaqlar. Axı açıqlamaları mətbuatda əsl ajiotaj yaradıb”, - publisist Ceyn Ouen belə düşünür.

Kütləvi informasiya vasitələri, Melindanın iki ildir boşanmağa hazırlaşdığını və bunun üçün bir neçə səbəbinin olduğunu da tapıb. Xüsusilə, 65 yaşlı Bill Qeytsin uzun müddətdir sevgilisi olduğu iddia edilir – ondan yaşca iki dəfə kiçik olan çinli tərcüməçi Çje Bonq.

"Şayiələrin öz-özünə yox olacağını düşünürdüm və sürətlə yayılmağa davam edəcəyini gözləmirdim”, - Bonq etiraf edib.

Bundan əlavə, boşanmaya Bill Qeytsin Ceffi Epşteynlə işgüzar münasibətləri də ola bilər. Epşteyn dəfələrlə pedofildə və insan alverində ittiham olunub. O, məhkəmənin hökmünü gözləmədən 2019-cu ildə həbsxana kamerasında intihar edib. // Lent.az

OXŞAR XƏBƏRLƏR