Bill Qeyts Türkiyəyə gəldi, restoranda 80 min hesab ödədi
12:34 / 28.07.2021
1523
"Microsoft” şirkətinin sahibi Bill Qeytsin son xərci dodaq uçuqladıb.
Sfera.az bildirir ki, amerikalı iş adamı bu dəfə bahalı yaxtası ilə Bodruma üz tutub. O, dostları ilə birlikdə ərazidə yerləşən otellərdən birinin restoranında oturub. Qeyts gecənin sonunda 80 min türk lirəsi məbləğində (təqribən 15 min manat) hesab ödəyib.
Məlumata görə, Bill səfərini gizli edib və yeməyin arıdınca ölkədən ayrılıb. Hazırda iş adamının yaxtasının Süveyş kanalı yaxınlarında olduğu qeyd edilib.
Türkan
Sfera.az