Bill Qeyts boşandıqdan sonra varlılar siyahısında 13 pillə birdən geriləyəcək

Bill Qeyts boşandıqdan sonra varlılar siyahısında 13 pillə birdən geriləyəcək
Boşanma qərarı alan Bill və Melinda Qeyts cütlüyündən yeni xəbər var.
 
Sfera.az bildirir ki, "Microsoft" şirkətinin sahibi Bill Qeyts Melinda Qeytsə 1,8 milyard dollar dəyərində səhm köçürüb.

Sfera.az bildirir ki, iş adamı həyat yoldaşına ümumi dəyəri 1,5 milyard dollar olan Kanada milli dəmir yolu şirkətinin 14 milyonluq, həmçinin dəyəri 309 milyon dollar olan ABŞ-ın "Autonation” şirkətinin 2,9 milyonluq səhmlərini verib.

Digər tərəfdən cütlük boşanma prosesinə görə, güclü hüquq firmalarından dəstək alır. Məlumata görə, məhkəmədə Melindanı Nyu Yorkdan 4 və Bill Qeytsi isə Los Ancelesdən 3 vəkil təmsil edəcək.  

Qeyd edək ki, boşanma prosesindən sonra Bill Qeytsin sərvətinin yarıya enəcəyi və varlılar siyahısında 4-cü yerdən 17-ci yerə düşəcəyi gözlənilir.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR