Bill Qeyts 2022-ci il üçün proqnozlarını AÇIQLADI

Bill Qeyts 2022-ci il üçün proqnozlarını AÇIQLADI
"Microsoft”un qurucusu Bill Qeyts bu dəfə 2022-ci illə bağlı proqnoz verib.

 

 

Sfera.az bildirir ki, iş adamı pandemiyadan sonra üzümüzə gələn ilin normal keçəcəyini bildirib.

 

"Təxminlərimə görə, yaxın iki və ya üç il ərzində əksər virtual görüşlər şəbəkəli 2D kamera görüntülərindən, 3D rəqəmsal avatarlar olan "Metaverse”ə keçəcək. Həm "Facebook”, həm də "Microsoft” bu yaxınlarda bununla bağlı fikirlərini açıqlayıb”, - deyə bildirən Qeyts əlavə edib ki, 2022-ci ildə koronavirusun bəzi qalıqları davam etsə də, ən pis ehtimallar bitəcək.


Hamı üçün yeni dövrün gəldiyini vurğulayan iş adamı sözlərinə bu cür davam edib:

 

"COVİD-19-a yoluxma hallarının azalması mənim üçün ofisə getmək mənasına gəlir. Evdə yeni bir rutin qurmaq istəyirəm, çünki üç uşağım da evi tərk edib və günümü onlarla vaxt keçirmək üçün planlamıram. Bloqum və digər kanallar vasitəsilə insanlarla ünsiyyətə daha çox vaxt ayırmağı səbirsizliklə gözləyirəm”.


Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR